"Foqts üç ildi, Azərbaycan futbolunu barmağına sarıyıb"

02.08.2011 | 3802 dəfə oxunub

rn

«Hesab edirəm ki, Luksemburq, Şimali İrlandiya komandaları ilə mübarizə aparıb xal almağımız mümkündür. Eləcə də İsrail və Rusiyaya qarşı da oynamaq olar. Ancaq bir reallıq da var ki, hazırkı futbolçularla çox qabağa gedə bilmərik. Biz elə deyirik ki, millidə cavanlaşma gedir, ancaq ortada bir şey yoxdur».

Stadium.az sayt; x'b'r verir ki, bu sözləri veteran futbolçu İsgəndər Cavadov DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını şərh edərkən bildirib.

O, millimizin baş məşqçisi Berti Foqtsun qrupdan çıxa bilmək şanslarımızın olmaması barədə dediklərinə də münasitini açıqlayıb. Bildirib ki, əgər baş məşqçi belə bədbin danışırsa, deməli, bu adamın fikri başqadır: «Foqts üç ildi, Azərbaycan futbolunu barmağına sarıyıb. Hər dəfə bir söz ataraq düşdüyü pis vəziyyətdən çıxmağa çalışır. Heç bir baş məşqçi futbolçularını ruhdan salan bu cür açıqlama verməməlidir. Mən belə başa düşürəm ki, onun başqa məqsədi var. Əgər bacarmırsa, qoy, çıxıb getsin ki, yerinə başqasını gətirək. Ümumiyyətlə, onu yola salmağın vaxtı çoxdan çatıb».

Növbəti seçmə mərhələdə millimizi başqa mütəxəssisin çalışdırmasıyla bağlı suala cavab olaraq İ.Cavadov bunları deyib: «Bu, AFFA-nın səlahiyyətinə aid məsələdəir. Ancaq şəxsən mən onun burda qalaraq boş yerə xalqımızı aldatmağının tərafdarı deyiləm. Xaricdən əcnəbi məşqçinin gətirilməsinə qarşı çıxmıram, onsuz da bütün dünya əcnəbilərlə işləyir. İlk olaraq şərait yaratmaqla bərabər, çempionatın səviyyəsini qaldırmağa da çalışmaq lazımdır. Foqtsun burada boş yerə qalmasına lüzum yoxdur».

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail