Berti Foqts: "Mən də Almaniya millisində çıxış edəndə himni oxumamışam"
Ötən gün Azərbaycan millisi "Bakcell Arena"da Özbəkistan seçmə komandasıyla yoldaşlıq oyununda üz-üzə gəldi. Stadium.az xəbər verir ki, qolsuz bitən qarşılaşmadan sonra millimizin baş məşqçisi Berti Foqts jurnalistlərin sualların cavablandırıb:
- Çox şadam ki, oyun baş tutdu. Bu oyundan razı qala bilmərəm. Rəqibin fiziki durumu daha yaxşı idi. Mənim oyunçularımda yorğunluq hiss olunurdu. Buna görə də bu oyunu oynamağımız vacib idi. Çoxlu səhvlər gördüm. Bunların üzərində çalışacağıq. Bəzi anlarda qol epizodlarımız oldu. Ancaq qol vurmaq istəyini görmədim.
- Yoxladığınız
futbolçuların hansından razı qaldız?
- Oyunun gedişindən narazıyam. Belə oyundan sonra hansısa futbolçudan razı qala bilmərəm.
- Dmitri Nazarov bu gün elə də yaxşı təsir
bağışlamadı. Onu kiminlə əvəzləmək istəyirsiz?
- Ayın 12-də Rusiyaya qarşı oynayacağıq. Hansısa futbolçunu mətbuat vasitəsilə tənqid etmək istəmirəm. Hamısı ilə təkbətək söhbət edəcəm.
- Bu gün milliləşdirilmiş futbolçular
Özbəkistanın ikinci heyəti ilə bacarmadı. Onları bura dəvət etməklə Avropaya
bildirmək istəyirsiz ki, bizdə də legionerlər var?
- Mənim elə bir məqsədim yoxdu. Bu diskussiyanı başlamayın. Obyektiv olmaq lazımdı. Sizi başa düşürəm. Belə oyunda futbolçuları sınaqdan keçirməliyəm.
- Bu gün "Qarabağ" və
"Neftçi"nin oyunçuları olmadı. Rusiya ilə oyunda da onları
çağırmayacaqsız?
- Sözsüz ki, o komandaların da futbolçularını sınaqdan keçirəcəm. Həmin klublar avrokuboklarda mübarizə aparırlar. Onların futbolçularının yaxşı təcrübələri var.
- Bu gün "Neftçi" və
"Qarabağ"ın hansı futbolçusunun yoxluğunu hiss etdiz?
- Onların yoxluğunu hiss etmədim.
- Rüfət Dadaşov 90 dəqiqə ərzində heç nə
ilə yadda qalmadı. Onun yerinə Kiyan Sultanpuru nə yaxşı meydana buraxmadız?
- Mən yalnız 6 oyunçu dəyişə bilərdim.
- Bu gün meydanda olan futbolçjlardan cəmi 4-ü dövlət himnini oxudu. Buna münasibətiniz necədi?
- Mən də Almaniya millisində çıxış edəndə
himni oxumamışam. Bu o demək deyil ki, mən pis insanam. Dünya çempionu olan Almaniya millisində Braziliyada 5 futbolçu Almaniya
himnin oxumurdu. Onlar pis oynayırdı ki? Himn oxuyub meydanda can qoymayan
futbolçudansa, milliyə himn oxumayıb can yandıran futbolçu lazımdır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |