Sabah Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Şəfa" stadionunda keçiriləcək "İnter"- "Elfsborq" matçı üçün bilet satışı davam edir. Stadium.az xəbər verir ki, satışa çıxarılan 3000 biletdən hələ ki, 500-ü satılıb.
Ancaq oyun günü bütün biletlərin satılacağı gözlənilir. Qeyd edək ki, "İnter" - "Elfsborq" oyunu saat 21:00-da başlayacaq.