Elxan Məmmədov: "12 komandanın iştirakı ən optimal variantdı"
Mayın 29-da start verilən 4-cü "Caspian Cup" turniri başa çatdı. Stadium.az xəbər verir ki, final oyununda Türkiyə yığmasını məğlub edən İran ilk dəfə iştirakçısı olduğu turniri birinci pillədə başa vurdu.
Turnirin mükafatlandırılma mərasimi başa çatdıqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov turnirlə bağlı təəssüratlarını bölüşüb. Qurum rəsmisi ənənə halnı alan turnirin yüksək səviyyədə təşkil edildiyini qeyd edib:
“Artıq dördüncü dəfədir ki, bu turnir təşkil olunur. Yarış ənənə halını alıb. Daimi iştirak edən komandalar bu yarışı öz illik qrafiklərinə daxil ediblər. Bu, bizim üçün vacib amildir. Çünki yarışın təşkilatçılığı, səviyyəsi ilə həmin federasiyaların etimadını qazanmış olduq. İdman prinsiplərini qorumaq baxımından bu yarış vacibdir. Komandalar Cuspian Cup-a məsul oyunlara hazırlıq mərhələsi kimi yanaşırlar. Qələbə münasibəti ilə İran komandasını təbrik edirəm. Baxımlı oyun nümayiş etdirdilər. Final qarşılaşması da maraqlı alındı. Üçüncü yeri tutan U-17 yığmamızı da təbrik edirəm. Əslində, məqsədimiz finala vəsiqə qazanmaq idi. Təəssüflər olsun ki, bunu bacarmadıq. Ümid edirəm ki, növbəti illərdə birinci yeri tutacağıq”.
İran yığması ilk dəfə iştirak etməklə həm də çempion adını qazandı. Bununla da turnirin tarixinə yeni çempion komanda əlavə edilmiş oldu. Qurum rəsmisi bunu vacib amillərdən biri kimi vurğulayıb: “Asiya təmsilçilərindən biri ilk dəfə kubokun qalibi oldu. Bundan öncə iki dəfə Türkiyə, bir dəfə isə Gürcüstan yığması qalib gəlmişdi. İran yığmasının birinci dəfə qatılmasına baxmayaraq, çempion olması yarışın maraqlı keçdiyindən xəbər verir. Bu turnir komandalarımız üçün də gözəl təcrübə oldu. İlk dəfə iki komanda ilə çıxış etdik. U-16 yığması 2016-cı ildə ölkəmizdə keçiriləcək 16 yaşadək futbolçular arasında Avropa çempionatına qatılacaq. Baş məşqçi Təbriz Həsənov futbolçuların beynəlxalq oyun təcrübəsi qazanması baxımından turnirə qatılmasının faydalı olacağını bildirdi. Məsləhətləşmələrdən sonra U-16 yığması da IV Caspian Cup-da iştirak etdi”.
Baş katib növbəti illərdə də yarışın 12 komanda ilə keçiriləcəyini bildirib: “Təkliflər var ki, iştirakçı komandaların sayını 12-dən 16-ya yüksəldək. Amma 12 komandanın iştirakı ən optimal variantdı. Çünki iştirakçı komandalar illik hazırlıq planlarında bunu nəzərə alırlar. Komandaların sayı artsa, turnirin müddəti də uzanacaq. Təxminən 17 gün davam edəcək. Buna görə də gərək daimi iştirakçılara əvvəlcədən məlumat verək, fikirlərini öyrənək. Ona görə də 12 komandalı turnir ən optimal variantdı”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |