"Rusiyada işləyəcəm, ya Azərbaycanda, hələ bilinmir" MÜSAHİBƏ
Qəbələ"nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:
- Bu yaxınlarda adınız “Spartak”la birgə çəkilirdi. Belə başa düşürük ki, siz heç vaxt Rusiyaya qayıtmağa qarşı çıxmamısız.
- Ümidvaram ki, təklif gələcək. Ancaq hələ ki, yoxdu. Olmayan bir şeydən danışmaq istəmirəm. Nəzərə alın ki, hələ “Qəbələ” ilə müqaviləm qüvvədədi. Rusiyada işləyəcəm, ya Azərbaycanda, hələ bilinmir. Əgər Rusiyada işləməsəm, bunu faciə hesab etməyəcəm.
- “Qəbələ” mövsümdəki son oyununa çıxacaq. Mövsümü komanda üçün necə qiymətləndirirsiz?
- Yəqin ki, əvvəldən başlamaq lazımdı. Mövsümün əvvəlində komandada ciddi dəyişikliklər bvaş verdi. Yeni oyunçular dəvət etdik. Uzun müddət liderlik etdik, uşaqlarda da əhval-ruhiyyə əla idi. Qışda komandanı daha da gücləndirdik ki, lap yaxşı olsun. Ancaq hər şey əksini göstərdi.
- Niyə?
- Konkret cavab vermək çətin olacaq. Amma görünən budu ki, futbolçular yaxşı hazırlıq keçmədi. Bəzi oyunçular müxtəlif səbəblərdən heç təlim-məşq toplanışına gələ bilmədilər. İzmaylov və başqaları da toplanışda iştirak etmədi. Bir neçə oyunda gözlənilmədən məğlub olduq. Daha sonra zədə epidemiyası başladı. Belədə, biz titul uğrunda mübarizədən ayrı düşdük. Düşünürəm ki, hələ ki, komandam çempionluq uğrunda mübarizəyə hazır deyil. Axı biz elit səviyyəsində futbolçular dəvət etməmişdik. Məsələn, dağılan Kiyev “Arsenal”ından bir oyunçu, gətirdik, kimisə “Volın”dan gəldi. Rusiya Premyer Liqasından oyunçu dəvət etmək isə ümumiyyətlə asan deyil.
- İzmaylovun gətirilməsi də səhv addım idi?
- Əsla. Əksinə, bu, bizə kömək oldu. Gənc oyunçular gördü ki, peşəkar futbolçu nə deməkdi. Necə texnikalı olduğuna hamı canlı şahid oldu. Amma təzə gələndə, Maratın da fiziki durumunun yaxşı olmadığı ortaya çıxdı. Axı o, “Porto”da lazımı qədər oynamamışdı. İndi isə yaxşı səviyyədə oynayır. Maratın taleyini həll etdiyi çox oyunlar oldu.
- Milliyə qayıtmağa gücü çatar?
- Dünya çempionatına getməsi artıq real görünmür. Çünki az vaxt qalıb. Baş məşqçinin də Maratı görməsi və ona inanması lazımdı. Ancaq düşünürəm ki, Kapello Maratı yaxşı tanımır.(sportinfo.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |