"Klublarımızın avrokubokların qrup mərhələsinə düşməsi realdı" FOTO
"Ölkə prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" haqqında sərəncam imzaladıqdan sonra Azərbaycanda futbol daha sürətlə inkişaf etməyə başladı". Stadium.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Məmmədov "Associated Press" agentliyinə açıqlamasında gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarından və Bakının 2020-ci ildə baş tutacaq Avropa çempionatının final mərhələsinə ev sahibliyi etməyə namizəd şəhərlər arasında göstərilməsindən danışıb: "17 yaşadək qızlar arasında dünya çempionatı Azərbaycanda keçirildi. Yarış yüksək səviyyədə təşkil olundu. 17 yaşadək oğlanlar arasında Avropa çempionatı 2016-cı ildə ölkəmizdə keçiriləcək. AFFA prezidenti Rövnəq Abdullayev bu turnirə böyük diqqət ayırır. Azərbaycan idman sahəsində son illərdə böyük uğurlara imza atır. Təsadüfi deyil ki, 2015-ci ildə Avropa Oyunları Azərbaycanın paytaxtında baş tutacaq. Ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilməkdədi. Hazırda əsas hədəfimiz 2020-ci il Avropa çempionatının final mərhələsinə ev sahibliyi etməkdi".
Baş katib Azərbaycan klublarının avrokuboklarda uğur qazana biləcəyinə inanır: "Neftçi" Avroliqanın qrup mərhələsində mübarizə aparıb, İtaliyanın “İnter” klubu ilə heç-heçə edib. Amma hədəfimiz növbəti illərdə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynamaqdı. Klublarımızın avrokubokların qrup mərhələsinə düşməsi realdı".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |