Erik Ramos: "Reynaldo dərhal qırmızı vərəqə almalı idi" FOTO

30.04.2014 | 5076 dəfə oxunub

“Neftçi” PFK-nın futbolçusu Erik Ramos “Qarabağ”la oyun barədə klubun rəsmi saytına açıqlama verib. Stadium.az Ramosun fikirlərini diqqətinizə çatdırır: “Qarabağ”la oyunun gərgin keçəcəyini bilirdik. Elə oyun başlayan kimi, meydanın mərkəzində Reynaldo mənə qarşı aşkar kobudluq etdi. Hər kəs gördü ki, rəqib bilərəkdən dirsəklə mənə çox sərt zərbə endirdi. Hətta zərbənin təsirindən bir neçə dəqiqə ayağa qalxa bilmədim.

Sadəcə bəxtim gətirdi ki, dirsək zərbəsindən müəyyən qədər yayına bildim. Yoxsa daha ağır xəsarət ala bilərdim. Videotəkrardan da hər şey açıq-aydın görünür. Həmin epizoda görə Reynaldo dərhal qırmızı vərəqə almalı idi. Hakimin mövqeyi də ideal idi və əgər sarı vərəqə göstərmişdisə deməli dirsək zərbəsini də görmüşdü. Mən başa düşmürəm əgər bu hərəkətin cəzası qırmızı vərəqə deyilsə, onda Reynaldo daha nə etməli idi? Belə bir fikir səsləndirirlər ki, hələ matçın birinci dəqiqəsi idi deyə hakim qırmızı vərəqə göstərmədi.

Necə yəni, bəyəm futbolda qaydalar ikinci dəqiqədən sonra işləyir? Flavinyoya, Araza guya dirsək hərəkətinə görə absurd qırmızı vərəqələr verilə bilir, Reynaldoya isə bu hərəkətə görə yox? Heç bir peşəkar futbolçu istəməz ki karyerasını bu cür zərbə altına atsın. Nə qədər hakim  ədalətsizliyi ilə qarşılaşmaq olar?

Belə münasibətdən bezmişik artıq. “Qarabağ” Azərbaycanın iki ən güclü klubundan biridir. Belə hakim qərarları matçın gedişatına da ciddi təsir göstərir. Əgər rəqib komanda azlıqda qalsaydı kim bilir nəticə necə olacaqdı?”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail