Səkkiz aydan sonra qayıtdı: "Əsas komandaya qayıtmaq istəyirəm" AÇIQLAMA
Əvəzedici komandaların çempionatında "Rəvan” "İnter” ilə qarşılaşıb. Stadium.az xəbər verir ki, "Şəfa” stadionunda baş tutan görüşdə komanda inanılmaz əzmkarlıq nümayiş etdirərək 0:2-ni 2:2-yə dəyişməyə nail olub.Oyunun əsas məqamlarından biri isə bərabərlik qolunun ötürməsini verən Tofiq Mikayılovun yaşıl meydanlara dönüşü olub. Belə ki, ikinci yarının ortalarında meydana çıxan Mikayılov təxminən 8 aylıq fasilədən sonra rəsmi oyun iştirakçısı olub.
Ötən il avqustun 3-də Qəbələdə "Simurq” ilə səfər görüşündə ön xaçvari bağları qırılan yarımmüdafiəçinin yaşıl meydanlara dönüşü məhz "İnter”lə oyuna təsadüf edib. Görüşdən sonra isə Tofiq Mikayılov klubun rəsmi saytına danışıb. Mikayılov ilk öncə zədəli günlərini xatırlayıb: "Allah heç bir idmançıya belə zədə göstərməsin. Çox çətin idi. Çox istəyirdim ki, çətin günlərdə komandanın yanında olum. Ancaq alınmırdı. Kənardan baş verənləri izləmək, nəyəsə təsir edə bilməyəcəyini dərk etmək ağır idi. Görünür, qismət belə imiş.
Amma indi sevinmirəm ki, artıq yaşıl meydanlara qayıtmışam. Əvəzedicilərdə olsa belə, rəsmi oyun həyəcanı fərqlidir. İnşallah, 2-3 oyuna formaya düşməyə çalışacam. Məqsədim ən qısa zamanda əsas komandaya qayıtmaqdır. Qarşıda hələ 9 tur var. İnşallah əsas komanda da oynamaq imkanı əldə edərəm”. "İnter”lə görüş barədə danışan Tofiq bunları söyləyib: "İlk yarıda komanda zəif təsir bağışladı. İkinci hissədə isə uşaqlar doğrudan da gözəl oynadılar. Anar müəlllimi də təbrik edirəm. Gözəl komanda yaradıb. Mən heç vaxt öz oyunumdan razı qalmıram. 8 aydan sonra meydana çıxdığımdan tam hazır deyiləm təbii ki. Hazırda mənə bir qədər vaxt lazımdır. Düzdür, qol ötürməsi verdim və buna da şükür deyirəm. Amma hələ çox çalışmalıyam ki, əvvəlki formamı bərpa edim. Yalnız oyun praktikasını artırmaqla formamı bərpa edə bilərəm”. Sonda Mikayılov ona çətin günündə dəstək olan rəhbərlik və məşqçilərə təşəkkür etməyi də unutmayıb: "Tam hazır olub formaya düşəndən sonra əsas komandaya qayıtmaq istəyirəm. Yeni baş məşqçinin mənə inanmasının boşuna olmadığını göstərməyə çalışacam. Yeri gəlmişkən, ona və xüsusən də rəhbərliyə mənə çətin dönəmdə dəsətək olmalarına görə təşəkkür eidrəm. Bunun əvəzini meydandakı oyunumla verməyə çalışacam”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |