Vaqif Cavadov tədbirdə iştirak etdi

17.03.2014 | 4028 dəfə oxunub

Martın 14-də Nizami Kino Mərkəzində “İrəli” İB-nin, Azərbaycan Rəssamlar İttifaqının və Emin Qəhrəmanovun rəssamlıq studiyasının birgə təşkilatçılığı ilə “Leykemiya-hökm deyil” xeyriyyə sərgisinin açılış mərasimi təşkil olunmuşdu. Layihənin məqsədi Azərbaycanda leykemiyalı xəstələrin hüquqi və sosial durumlarının araşdırılmasıdır. Milli komandamızın üzvü və "İnter"in kapitanı Vaqif Cavadov da tədbirə qatılmış və belə bir xeyirxah layihəni həyata keçirənlərə təşəkkürünü bildirmişdi. Tədbirdə "İnter"PİK-in marketinq meneceri Səməd Sadıxov, Radio "İnter"in aparıcıları Yəhya Qarayev və Zəhra Əmiraslanlı da iştirak etmişdilər. Mərasimdə vurğulanmışdı ki, bir ay ərzində leykemiyadan əziyyət çəkən uşaqlar rəssamlıq studiyasında ödənişsiz peşəkar rəsm dərsləri almış və sərgiyə hər bir uşaq iki əsər təqdim etmişdir. Tədbirdə həmçinin qeyd olunmuşdu ki, əsas hədəf Azərbaycanda leykemiyadan əziyyət çəkən insanların problemlərini qabartmaq, onlara bu xəstəliklə mübarizə aparmaqda yardımçı olmaqdır. Bu da diqqətə çatdırılmışdı ki, sərgidə nümayiş olunan əsərlər bu xəstəlikdən əziyyət çəkən uşaqların əl işləridir və onların satışı həyata keçirilir. "İnter"PİK də sərgidə nümayiş olunan rəsm əsəri aldı.  Qeyd edək ki, rəsm əsərlərinin satışından əldə ediləcək vəsait leykemiyadan əziyyət çəkənlərə onlara yardım məqsədilə istifadə olunacaqdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail