Bojidar Bandoviç: "Bakı"nın xilaskarı mənəm" MÜSAHİBƏ
"Bakı"nın sabiq baş məşqçisi Bojidar Bandoviçin müsahibəsi
- Salam, cənab Bandoviç. Necəsiz?
- Salam. Yaxşıyam, çox sağ olun.
- Tanıdız məni. "Bakı"da işləyəndə sizinlə tez-tez danışırdıq.
- Əlbəttə, tanıdım.
- Haralardasız, nə iş görürsüz?
- Afinadayam. Burda yaşayıram.
- Yeni iş yeri tapa bilmisiz?
- Hələlik yox. Son 4-5 ildə dayanmadan işləmişəm. Ona görə də bu il ailəmlə birlikdə olmaq istədim. Müxtəlif seminarlara gedirəm, bəzi nəhəng klubları ziyarət edirəm. Bir sözlə, klub axtarıram.
- Təklif və ya təkliflər var?
- Bir neçəsi var. Amma tələsmirəm. İyuna kimi vaxt var.
- Tanınmış klublardı?
- Hələ yeni gəlib təkliflər. Danışıqlar gedir, hər şeyin başlanğıcındayıq.
- Azərbaycanda 1 ilə yaxın qaldız. "Bakı" və Bakı üçün darıxmış olarsız.
- Təbii ki. Azərbaycanla bağlı yalnız yaxşı xatirələrim qalıb. "Bakı"da çox çətin mövsüm keçirdim. Çünki komanda səhv yolda idi. Amma çox şeyi yaxşıya doğru dəyişə bildim.
- "Bakı" hazırda 41 xalla 5-ci pillədədi. Əvvəlki mövsümlərdən fərqli, vəziyyət nisbətən düzəlib. Sizcə, komandanın indiki vəziyyətə gəlməsində Bandoviçin rolu var?
- ƏIbəttə, var. Məndən öncə komanda meydanda nə etməli olduğunu bilmirdi. Bizim yaxşı oyun üslubumuz var idi. Komanda kimi normal çıxış edirdik. "Qarabağ", "Neftçi" və "İnter" "Bakı"dan güclü idilər. Amma biz onlardan yaxşı oynayırdıq. Orda işləyəndə qətiyyətlə bildirdim ki, komandaya Azərbaycan millisinin üzvlərini cəlb etmək lazımdı. Çünki akademiyanın yetirmələri hazır deyildilər.
- Belə çıxır ki, özünüzü "Bakı"nın xilaskarı hesab edirsiz.
- Bəli. Öz oyun üslubumu komandaya çatdırmaq üçün çox əziyyət çəkdim. Komanda cəmi 17 qol buraxmışdı ki, bunun da 6-sı qapımıza penaltidən vurulmuşdu. İlk 6 ayda oyunlara hücumçusuz çıxırdıq. Mən isə baş məşqçi kimi hər şeyi problemsiz idarə etməyə çalışırdım. Mən və futbolçularım 5 ay maaşsız oynadıq. Yanvardan etibarən daha yaxşı oynamağa başladıq.
- Elə idisə, niyə qalmadız?
- Qala bilərdim. Çünki komanda normal oyun sərgiləyirdi. Əlimdəki futbolçulardan ən yaxşısını alırdım. Lakin komandadan ayrıldım. Bununla belə, "Bakı" və orda çalışan insanlar haqda ancaq yaxşı fikirdəyəm. Mənimlə vidalaşdılar, yerimə yaxşı və peşəkar məşqçi gətirdilər. Ən əsası isə "Bakı" artıq komanda oyunu göstərir.
- "Bakı"nın oyunlarına baxırsız?
- Sadəcə, oyunların icmalına və vurulan bəzi qollara baxıram.
- Necə düşünürsüz, sizin vaxtınızdakı "Bakı" güclü idi, yoxsa indiki?
- Bilirsiz, komanda bəzi dəyişikliklər olub. Müdafiə xətti tamamilə yenilənib. Mənim vaxtımda çıxış edən və indi də komandada olan futbolçular artıq Pantiçlə işləməyə hazırdılar. Komanda yeni mövsümə tam heyətlə, ən əsası, çoxlu hücumçularla başladı: Pena, Rauf, "Rəvan"dan Kalonas. "Bakı" ona görə çox qol vurur ki, heyətində hücumçular çoxdu. Mənim komandadakı ilk 6 ayımda isə əlimin altında hücumçu yox idi. Hazırda komandada çıxış edən o vaxtkı futbolçular da "artırıblar". Çünki mənimlə işləyiblər. Mən "Bakı"da olanda, klubdan Pantiç qədər dəstək görmürdüm. Çoxlu problemlərimiz var idi. Mən isə tək idim. Ancaq xoşbəxtəm ki, Pantiçə belə bir komanda qoyub getmişəm.
- Pantiçlə əlaqə saxlayırsız?
- Dostumdu və yaxşı məşqçidi. O, komandaya yaxşı vaxtda gəldi. Amma onu da deyim ki, "Bakı"da çalışan insanlar futbolla bağlı idealogiyalarını dəyişməlidilər. İndi başa düşürəm ki, onlar futbolu bilmirlər.
- Konkret olaraq, kimləri nəzərdə tutursuz? Bəlkə adlarını çəkəsiz...
- Yox, ehtiyac yoxdu. Əslində bu, normaldı. Futbol mənim həyatımdı. Klubdakı insanların hamısı mənə kömək etmək istəyirdi. Onlar mənim dostlarımdı. Ancaq fikirlərimiz müxtəlifdi. Kiminsə haqqında pis danışmıram. Onların dəyişikliyə ehtiyacı var idi. Buna mənimlə başladılar, Pantiçlə davam edirlər. Klub bir şeyə inanmalı və eyni yolu getməlidi. "Bakı" hər zaman mənim komandam olacaq. Bu klubu sevirəm.
- Pantiçin "Bakı"ya baş məşqçi təyin olunduğunu biləndə ona hansı məsləhətləri verdiz?
- Bilmirdim. Toplanışa 1 həftə qalmış bundan xəbər tutdum. Pantiçlə xeyli söhbət etdik. Ona komanda və ordakı insanlarla bağlı fikirlərimi çatdırdım.
- Sİzcə, sizdən fərqli, Pantiç "Bakı"da uzun müddət qala biləcək?
- Bəli. "Bakı" öz məşqçisini daim dəstək verməlidi. Sportinfo.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |