«Qarabağ»a ilin komandası» mükafatı təqdim edildi
Son 2 ildə «Qarabağ»ın Avropada Azərbaycanın ən layiqli təmsilçisi olması diqqətsiz və nəticəsiz qalmır. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatını (AGAT) «Qarabağ»ı «ilin komandası» seçib. Artıq Gənclərə Yardım Fondunun konfrans zalında təltifetmə mərasimi keçirilib. Təşkilat üzvləri, klub azarkeşləri, eləcə də jurnalistlərin iştirakı ilə keçirilən tədbirin qonaqları «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov və klubun aparıcı üzvləri olan Maksim Medvedevlə Rəşad Sadiqov idi. Tədbiri giriş sözü ilə açan AGAT-ın sədri Gülsel Səfərova öncə rəhbərlik etdiyi təşkilat və gördükləri işlər haqda tədbir iştirakçılarına məlumat verdi. Daha sonra niyə məhz «Qarabağ»ı ilin komandası seçmələrinə bir daha aydınlıq gətirərək ağdamlıların Avropada Azərbaycanı layiqincə təmsil etdikləri üçün bu ada layiq görüldüyünü diqqətə çatdırdı. Təşkilat sədri daha sonra sözü «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanova verdi. Qurbanov öncə onları bu mükafata layiq görən AGAT-a öz təşəkkürünü bildirdi: «Avropa Liqasında uğurlu oyunlara görə bizə çox təbriklər gəlib. Lakin bugünkü mükafat bizi daha da fərəhləndirdi. «Qarabağ»ı ilin komandası seçdiyiniz üçün sizə öz minnətdarlığımı bildirirəm. İnanıram ki, bu, bizim ilk belə əməkdaşlığımız olmayacaq. Gələcəkdə nəinki sizin təşkilat, eləcə də digər təşkilatlarla da iş birliyimiz olacaq. Əlbəttə ki, bizim də əsas arzumuz və məqsədimiz Azərbaycan futbolunu beynəlxalq səviyyədə tanıtmaqdır».
rnQurbanov daha sonra jurnalistlərin suallarını cavablandırdı: «Mən bu kluba baş məşqçi təyin olunduğum ilk gündən burada işləməyin nə qədər məsuliyyətli olduğunu anlamışdım. Burada əsas məqsədim «Qarabağ»ı beynəlxalq aləmdə də layiqincə təmsil etməkdir. Şükürlər olsun ki, «Qarabağ» artıq nəinki ölkə daxilində, eləcə də Avropada da uğurlu çıxış edir. Növbəti il daha da irəli gedərək, Avropa turnirlərinin qrup mərhələsində çıxış etmək istəyirik. Lakin hazırda komandamızda müəyyən çətinliklər var. Amma bunları arxada qoyacağımıza inanıram. «Qarabağ» mənim üçün bütün komandalardan üstündür. Bu komanda ilə daha çox uğur qazanmaq istəyirəm. Çünki ağdamlıların yetərincə problemləri var. Onların əksəriyyəti öz ata-baba yurdlarından didərgin düşüblər. Biz də komanda olaraq, öz uğurlarımızla bu insanların problemlərini unutdurmağa çalışacağıq. Məhz buna görə də hazırda bütün diqqətimi bu komandanın uğurlarına yönəltmişəm».
Qurbanov komandanın gələcək planları barədə də danışdı: «Qış fasiləsində heç bir futbolçu ilə yollarımızı ayırmağı düşünmürük. Bu baş versə də, mayda ola bilər. Əvəzində qış fasiləsində bir neçə yeni futbolçu transfer etməyi planlaşdırırıq. Komandanın gələcəkdə uğurlu çıxış etməsi üçün daha çox uşaq futboluna diqqət yetirməliyik. Lakin uşaq futbolu ilə yanaşı, hər bir klubun lazımı səviyyədə infrastrukturu, bazası və gözəl stadionu da olmalıdır. Hazırda bu sahədə işlər uğurla həyata keçirilir. Bunun nəticəsini görmək üçün zamana ehtiyac var».
Qurban müəllim Azərbaycan qadın futbolunun zəif inkişaf etməsilə bağlı verilən suala lokanik, eyni zamanda zarafatla cavab verdi: «Biz hələ kişiləri bir yerə çıxaraq, ondan sonra qadın futbolu haqda düşünərik».
Maksim Medvedev isə komandasının daha da irəli gedəcəyinə olan inamını ifadə edib: «Çox sevindirici haldır ki, «Qarabağ» komandasının adı artıq Avropada da səslənir. Əməyimizi qiymətləndirən insanlara da öz təşəkkürümü bildirirəm. Bundan sonra da bu mükafata layiq olmağa çalışacağıq. Biz üzərimizə düşən vəzifəni artıqlaması ilə yerinə yetirsək, daha da irəli gedəcəyik». Medvedev azarkeşlərdən də dəstək istədi: «Qarabağ»ın futbolumuza verdiyi töhvəni danmaq olmaz. Çünki bu klubda gənclərə daha çox şans verilir. Rəhbərlik də bizə lazımi şəraiti yaradıb. Biz Quzanlıda oynayarkən oranın azarkeşlərinə heyran qalırdım. Çox möhtəşəm dəstək var idi. İstərdim ki, həmin azarkeşlər gəlib Bakıda da bizə dəstək olsunlar».
Rəşad Sadiqov da öncə onları ilin komandası seçən AGAT-a minnətdarlığını bildirdi: «Bu mükafatı aldığımıza görə çox sevinirik. Biz futbolçular da Avropadakı builki çıxışlarımızla Qarabağın hansı ölkənin ərazisi olduğunu bir daha təsdiqləyə bildik. Komandamızın səkkiz futbolçusunun milli komandada oynaması bizim klubun uğurlarından xəbər verir. İnşallah, gələn il, üçüncü cəhdimizdə çalışacağıq ki, avrokubokların qrup mərhələsinə vəsiqə qazanaq. Bəzən oyunumuz istənilən kimi alınmır. Bununla belə, komandada çox gözəl mühit var. Komanda yoldaşlarımla qardaş kimiyəm. Bu amil «Qarabağ»ın uğurlarında böyük rol oynayır».
Ardınca Qurbanov bir daha AGAT-a təşəkkürünü bildirdi və onlarla əməkdaşlıqlarının davam etdirilməsinin tərəfdarı olduğunu qeyd etdi. Gənc mütəxəssis tədbirdə fəal iştirak edən zərif cinsin nümayəndələrinin fəallığından da razı qaldı və Azərbaycanda qadınların da futbola marağının artmasını alqışladı. Gülsel Səfərova isə öz növbəsində «Qarabağ»a gələcək fəaliyyətində uğurlar arzuladı.
Sonda Səfərova təşkilatın diplomunu Qurban Qurbanova təqdim etdi. Qurbanov isə klub adından üzərində bütün futbolçuların imzası olan «Qarabağ»ın formasını AGAT-ın sədrinə hədiyyə verdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |