Ekrem Hodziç "yıxdı-sürüdü" "Gün gələcək Nuru bəy də olanlardan xəbər tutacaq"
2011-2013-cü illərdə “Rəvan”ın formasını geyinən Ekrem Hodzic haqda çoxlu söhbətlər dolaşdı. Deyilənə görə, bosniyalı oyunçu oyun alqı-satqısında adı hallandığına görə də "Rəvan"dan qovuldu. Amma bu haqda Hodziç heç vaxt danışmadı. Hazırda Oman Premyer Liqasında yarışan “Sohar”ın formasını geyinən Ekrem Stadium.az-a açıqlama verib. Hodziç saytımıza açıqlamasında "Rəvan"a haqqını halal etməyiciyini söyləyib: "Mənə qarşı düzgün hərəkət etmədilər. Kim deyir ki, mən oyun satmışam? "Rəvan"da mənə qarşı çox pis hərəkət etdi. Heç vaxt haqqımı onlara halal etməyəcəm. Altı saat ofisdə gözləmişəm ki, buraxsınlar məni. Bosniyaya getməyim üçün biletimi gözləmişəm. Onların mənə qarşı neçə pis hərəkət etdiyini Allah görür. Hələ altı aylıq müqaviləm var idi. Zədələndiyimə görə, məni komandadan göndərdilər. Altı aylıq pulumu isə vermədilər. Allah hər şeyi görür. Maya qədər olan maaşımı kim alıb, halal etmirəm ona. Bu hadisələr başıma gələndə, yata bilmirdim. Şükür Allaha zədəm geridə qaldı və hər şey qaydasına düşdü. Məni Makedoniyanın güclü klubları istəyirdi. Ancaq mən Omana gəldim".
Hodziç daha sonra Bəhruz Şirəliyev haqda fikirlərini açıqladı: "Bilirəm ki, Bəhruz Şirəliyev də məni komandasında istəmirdi. Hər planında başında Bəhruz dayanırdı. O, nə deyirdisə hamı da onu edirdi. "Rəvan"ı çox sevirəm. Heyf ki, komandanın sahibi bu haqda bilmədi. Nuru bəy çox yaxşı insandı. Onun heç nədən xəbəri yoxdu. Hər məşqçi və oyunçu gələndə Bəhruzgil ondan pul alırlar. Mən və başqa oyunçulara məzuniyyət verdilər ki, dincəlin. Ancaq onlar bizi komandadan göndərmək üçün belə edirdilər. Yeni gələcək oyunçulardan pul “fırladacaydılar”. Nuru bəy mənə hörmət edirdi. Hətta bir nəfər mənə dedi ki, Nuru bəy futbolu atsam da, mənə orada iş verəcək. Ancaq Bəhruzgilin başıma gətirdikləri oyunlaradn onun xəbəri olmadı. Amma o, bilməlidi olanlardan. Onun pullarını xərcləyirlər, başqa heç nə. Amma bir gün gələcək Nuru bəy də olanlardan xəbər tutacaq. Görək ona nə cavab verəcəklər? Allah hər şeyi yaxşı görür. Mənə qarşı bu cür hərəkət edənlərin cəzasını verəcək".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |