Milli komandamızın üzvü sabiq klubuna döndü - ÖZƏL
AZAL-la müqavilə imzalamağa gələn Vüqar Əsgərovun keçidi baş tutmadı. Buna səbəb Vüqarın çıxdığı ilk məşqdəcə qolunu sındırması oldu. "Sumqayıt"dan müəmmalı şəkildə ayrılaraq ölkəsinə qayıdan forvardın AZAL-a keçidi də məlum səbəbdən baş tutmadı. Bir neçə gün öncə Latviyaya dönən Vüqar artıq zədəsini sağaldır. Həkimlər futbolçuya məşqlərə başlamasına icazə də verib. Stadium.az xəbər verir ki, milli komandamızın üzvü sabiq klubu olan "Metallurq"(Liepaya)da məşqlərə start verib. Klub Vüqarın xidmətində maraqlı olduğundan onu yenidən heyətində görmək istəyib.
Yeni adı ilə "Liepaya" adlanan klub Vüqara şans yaradıb ki, məşqlərə başlasın və əvvəlki formasını bərpa etsin. Hər şey qaydasında getsə, Vüqar martın 15-də start götürəcək Latviya çempionatında oynaya biləcək. Amma Əsgərov özü Azərbaycanda oynamaq istədiyindən hələ ki, bu məsələ açıq qalıb. Ola bilsin ki, Əsgərov əvvəlki formasını bərpa edib ölkəmizə qayıtsın və azad agent statusu ilə klublarımızdan biri ilə müqavilə imzalasın.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |