"Ağır sualdı, üzümüz gəlmir ki…"
Düzünü desəm, mən də indiyə kimi UEFA qaydaları ilə müqaviləyə qol çəkməmişəm. Bu sualı indiyə kimi mənə heç bir jurnalist verməmişdi. Ağıllı sualdı" - Azərbaycanın ən güclü və ən yaşlı mütəxəssisi hesab olunan Ağasəlim Mircavadov açıqlamasında belə deyib. "Şöhrət" ordenli məşqçi özü də daxil, yerli çalışdırıcıların klublarla peşəkar əsaslarla müqavilə bağlamamalarının səbəbini belə açıqlayıb:
"Azərbaycanda yaşayırıq, bir-birimizi yaxşı tanıyırıq. İşləməsək də, bir-birimizə söz veririksə, gərək, onun arxasında dayanaq. Xarici belədi ki, qayda-qanunla gəlir, UEFA qaydası ilə müqaviləyə qol çəkir. Lazım da olmayanda pulunu alıb çıxır gedir. Bizimkilər də UEFA qaydası ilə işləməlidi. Əslində, bu cür də olmalıdı. Amma bəzilərinin üzü gəlmir ki, həmin müqaviləni klub rəhbərindən tələb etsin. Düşünür ki, onu yaxşı başa düşməzlər. Burda bir söhbət də var. Son 10 ildə klublarda ən yaxşı nəticələri gəlmə məşqçilər yox, yerlilər qazanıb. Bu səhvlər əvvəl də klublarımızda var idi. SSRİ dönəmində də olurdu".
Mircavadov etiraf edib ki, bu halın altını çox çəkib: "Açıq deyirəm, öz başıma da gəlib. Həmin səhvləri indinin özündə də təkrarlayırıq. Hərdən özüm-özümə bu sualı verirəm, ancaq cavabını tapa bilmirəm. Bu hadisələr başıma çox gəlib. Bundan sonra hansısa kluba getsəm, onu tələb edəcəm. Açığı, danışığa gedəndə hər şeyi tələb edirəm. “Qarabağ”da müharibə vaxtı işləmişəm. “Şəmkir”, “Bakı fəhləsi”, “Neftçi” və “Xəzər Lənkəran”da işlədiyim vaxt onlardan şərtlərim bu olub: “işimə qarışmamaq, lazımi şəraiti yaratmaq, futbolçulara vaxtı-vaxtında maaşlarını ödəmək". Deməyim odu ki, bütün klublarda kişi sözünə inanıb işləmişəm. UEFA qaydası ilə müqavilə imzalamamaq elə yerlilərin ən zəif və yaralı nöqtəsidi. Utanmaq deyil e, sadəcə, üzümüz gəlmir nəsə deməyə klub rəhbərinə. İnanırıq bir-birimizə. Prezidentlərdən xahişim odu ki, xarici məşqçiyə necə müqavilə təklif edirlərsə, bizimkilərə də o cür etsinlər".
"Sport Favorit"
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |