"Rəqabət olmayan yerdə hansısa inkişafdan danışmaq yersizdi" MÜSAHİBƏ
"İnter"in və 19 yaşlılardan ibarət yığma komandamızın qapıçı məşqçisi Üzeyir İbrahimov Stadium.az-a müsahib verib.
- Hazırda ölkəmizdə bilikli və işini yaxşı bilən mütəxəssislərə ehtiyac var. Sənin haqda xoş sözlər eşidirik. Özün haqda oxuyucularımıza məlumat verərdin...
- 1984-cü
il yanvarın 18-də Laçın rayonunda anadan olmuşam. Hal hazırda “İnter”in əvəzedici
heyətində və U-19 milli komandasında çalışıram. Bilik və savad hər yerdə və hər
sahədə hamıya lazımdı. Bunun üçün dayanmadan insan öz üzərində çalışmalıdı.
- Gənc
yaşlarında məşqçiliyə başlamağın maraqlıdı. Necə alındı?
- Uşaq
vaxtlarından futbolla məşğul olurdum. O vaxtki “Şəfa” komandası ilə yeniyetmələr
arasında Azərbaycan çempionu olmuşam. Ardından isə “Neftçi”nin yeniyetmə
komandasında dəvət edilər. U-19-a da dəvət almışdım. Amma səhhətimlə əlaqədar
aktiv futbol həyatımı başa vurdum. Özüm d istəmədən belə alındı. Açığı mənə
futbol oynamağı qadağam etdilər. “Neftçi”də Azərbaycanda çempionatının bürünc
medalını qazanmışdım. Futbolu buraxdıqdan sonra isə təhsil almağa qərar verdim
və maliyyə kredit bölməsini daxil oldum. Hal-hazırda ali təhsilli maliyyəçiyəm.
Universitetdə oxuyan dövrdə “Neftçi”nin köhnə bazasında olimpiya adlı futbol
komandasında Vaqif Hidayətovun köməkçisi idim. Elə oradan da məşqçilik
karyerasıma başladım.
- U-19-a
yeni təyinat almısan. Əvvəl də U-17də çalışırdın. Az öncə Valentin Qranatkin
turnirində iştirak etdiniz. Qapıçıarın çıxışı necə dəyərləndirirdin?
- Elədi
hazırda U-19-da Nikolay Adamla birlikdə çalışıram. Artıq üç ildir ki, bu mütəxəssislə
çalışırıq və hər şey günü-gündən yaxşıya doğru gedir. Valentin Qranatkin
turnirinə gəlincə, bu turnirə əsasən 1996 və 1997-ci il təvəllüdlü
futbolçularla yollanmışdıq. Qapıçıların
çıxışından razı qaldım. Ağaseyid Qasımov və Tolqa Şahinə şans verdik və ümumi
götürsək oyunları ilə hər kəsi yaxşı mənada təəccübləndirə bildilər.
- Hansı
qapıçı daha yaxşı idi?
- Hər
iki qapıçı da oyundan-oyuna daha yaxşı çıxış edəcək. Gələcəyə nikbin baxmaq
lazımdı. Ağaseyidin bu turnirdəki çıxışını yüksək qiymətləndirsəm yanılmaram. Təsadüfi
deyil ki, Ağa son iki oyunda penaltilər seriyasında mükəmməl çıxış sərgilədi. Yeddi
penal vurdular, 5-ni də çıxartdı. Bu super göstəricidi.
- Nikolay
Adam oyundan sonra Ağaseyidə görə səni təbrik etdi?
- Oyundan
sonra öz müsahibəsində də şəxsən təşəkkür etdi. Özümə də dedi. Sağolsun Adam
da.
- Uzeyir,
tez-tez yığma komandalarımıza gəlmələrə görə baş məşqçiləri tənqid edirlər.
U-19-da indi Tolqa Şahin adlı qapıçı var. Səncə, onun millimizdə oynaması məcburdu?
- Tolqa,
mükəmməl fundamental qapıçı texnikasına malikdi. Bu yaşda bu cür səviyyədə olan
Tolqanın yaxşı gələcəyi var. Təbii ki, məşqlərlə buna nail ola bilər. Digər tərəfdən
Tolqanın U-19-da olması Ağaseyidin də inkişafına xidmət edir. Çünki rəqabət
olmayan yerdə hansısa inkişafdan danışmaq yersizdi.
- Berti
Foqts desə ki, mənə U-19-da qapıçı göndər, hansını göndərərsən əsas milliyə?Tolqa
ya Ağaseyidi?
- Sözün
düzü son turnirdəki yaxşı çıxışarı ilə hər iki qapıçının şansları yüksəkdi.
Əsas millidə çıxış etmək üçün hər iki qapıçı konkret çatışmazlıqlar üzərində
qurulmuş məşqlərdən və yaxşı təcrübədən sonar nail ola bilər. Belə seçim etməyim
düzgün olmaz.
- İndiyə
kimi yetişdirdiyin qapıçılar arasında kimlər var?
- Kimisə
mən yetişdirmişəm demək, təvazökarlıqdan uzaq bir davranışdır mənə görə. Sadəcə
yetişmələrində yardımçı olduğum qapıçılar var. Emil Balayev, Rəşad Əzizov və
Ağaseyid Qasımovun adını çəkə bilərəm. Hazırda U-17 yığma komandasına dəvət
alan ismayıl Muradovu da missal çəkə bilərəm.
- Gənc
olmağına baxmayaraq artıq A kateqoriyasına sahib çıxmısan. Pro haqda düşünürsən?
- Mən
A lisenziyasını 3 il əvvəl almışam. İnşallah hələ o barədə düşünmürəm. Yaxınlarda
AFFA rəhbərliyi tərəfindən ölkə klublarımızın qapıçı məşqçiləri UEFA-dan dəvət
olunmuş mütəxəssislərə seminar keçəcək. Səbirsizliklə bu mükəmməl layihədə
iştirak etmək istəyirəm. Sözün düzü bu ölkəmizdə ilk dəfə baş tutacaq seminar gələcəyə
hesablanıb. Həmişə demişəm ki, yaxşı oyunçular yetişdirmək üçün ilk növbədə məşqçilərimiz
maariflənməlidi. AFFA-ya hər şeyə görə təşəkkür edirəm. Həm milli komandaya
yaradılan super şəraitə, həm də bu cür seminarlara görə.
- Azərbaycan
çempionatında hansı qapıçının çıxışını bəyənirsən?
- Yerli
yoxsa, legioner?
- Fərqi
yoxdu…
- Kamran
Ağayev və Səlahət Ağayev.
- Səlahət
Ağayev?
- Hə.
- Çıxdığı
hər matçda səhvə yol verir. Səncə, bu nə vaxta kimi davam edəcək?
- Səlahət
gəncdi və qapıçı səhv edə-edə təcrübə toplayır. Əsas onun ambissiyalı olmasıdı
ki, bunu da hər məşqdə hiss etmək mümkündü. Bir də ki, “İnter”in digər qapıçısı
Georgi Lomayadı. Bunu unutmayaq. Pavel
Kapsa da stabil çıxışı ilə göz oxşayır.
- Səni
əsas millinin qapıçı məşqçisi kimi nə vaxt görəcəyik?
- Bunu
inşallah zaman göstərəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |