İlqar Qurbanov: "İnter"in məni istəməsindən xəbərim var"
Mövsüm başlayandan bəri "Qarabağ"da oynamaq şansı tapmayan ilqar Qurbanov komandada qalacaq. Qurban Qurbanovun az-az şans verdiyi futbolçu özü də komandadan ayrılmaq istəmir. Stadium.az-a açıqlama verən İlqar "Qarabağ"dan ayrılmaq istəmirsən" sualına reaksiyası bu cür oldu: "Hara ayrılım? "Qarabağ"la müqaviləm var. Yayda başa çatacaq. Ona kimi elə "Qarabağ"da qalacam". Türkiyədən təklif aldığını gizlətməyən Qurbanov qardaş ölkəyə getmək istəmədiyini bildirib. Səbəbini belə izah edir: “Türk klublarından təklif var. Yalan danışmayacam. Onlar menecerim vasitəsilə əlaqə qururlar. Ancaq oradakı klublar problemlidi. Sözün əsl mənasında baş ağrısıdı. Pul problemi var və hər həftə məşqçi dəyişir. Bütün bunları göz önünə alıb, getmək istəmirəm ora”.
Kaxaber Sxadadzenin komandasında görmək istədiyi İlqar məsələdən agahdı. Ancaq ortada konkret təklif olmadığından gözləmə mövqeyi tutur: “İnter”in məni istədiyindən xəbərdaram. Təklif də gəlmişdi. İnanın, heçkimlə danışmamışam. İstəyən deyəndə, xəbərlər gəlir. Hamı deyir ki, Kaxa səni komandasında istəyir. Amma özü mənimlə danışmayıb".
İlqar "Qarabağ" üçün qışdan sonra çempionatın daha çətin keçəcəyini bildirərək, rəqiblərin güclənəcəyindən çəkinir: “İlk dövrə komandamız üçün yaxşı keçdi. Düzdü, lazımsız xallar itirdik. Amma bütün çətinliyə baxmayaraq ilk dövrəni birinci pillədə başa vurmağı bacardıq. İndi ikinci dövrə birincidən daha çətin keçəcək. Ona görə daha çox çalışıb, daha az səhv etməliyik. Bütün klublar transfer edərək güclənmək istəyəcək. İşimiz daha çətin olacaq”. 27 yaşlı yarımmüdafiəçi son vaxtlar gündəmdə olan Çumbinyo məsələsinə də öz fikrini bildirdi. İlqar deyir ki, Çumbinyo “Qarabağ”da qalsa yaxşı olar: “Komandaya yeni futbolçular gələcək ya yox, bu mənim qarışacağım məsələ deyil. Baş məşqçi uyğun görsə, yəqin gələcək. Çumbinyo “Qarabağ”da birinci dövrədə yaxşı işlər gördü. Təbii ki, getməsini istəmərəm. Güclü futbolçudu. Amma inanmıram ki, getsin. Çünki burada xoşbəxtdi”.
Futbolçu stabil oynaya bilməməsindən yaman narahatdı. Özü belə deyir: “Daima oynamamağım təbii ki, məni narahat edir. Ancaq bu mənə də xoş deyil. Neyləmək olar? Daha çox işləyib, oynamaq lazımdı. Ehtiyatda qalanda təbii ki, istədiyin formaya da çata bilmirsən. İcarəyə verilməyimlə bağlı danışmamışam sözün düzü. Ehtiyatda oturub başqa kluba əsas heyət üzvü kimi getmək də mənə görə deyil. Özümü sübut etmək istəyirəm. Ehtiyatda oturub bununla barışmaq fikrim yoxdu. Qurban müəllim də ehtiyat qüvvəni normal olaraq pozmaq istəmir. Yenə deyirəm, yaya kimi “Qarabağ”la müqaviləm var. İlin axırındı oturub hər şeyi fikirləşəcəm. İstəyirəm “Qarabağ”la çempion olam”.
Millimizin sabiq üzvü Ağdam klubundan ayrılmaq haqda düşünmədiyini dilə gətirərək, mövsüm sonunu gözlədiyini söylədi: “Mövsüm uzundu. Ayrılmaq haqda heç fikirləşməmişəm. Nə desəm, yalan olar. Bəlkə yayda heç “Qarabağ” məni istəmədi. Ona görə indidən nəsə danışmaq tezdi".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |