AFFA-dan Şeydayev və Quliyevə əsas dəvət
Rusiyanın 17 yaşlılardan ibarət yığmasının aparıcı simalarından Ramil Şeydayevlə Ayaz Quliyev artıq U-19-a cəlb edilir. Hər ikisi Sankt-Peterburqda keçiriləcək Valentin Qranatkin turnirində yarışacaq komandaya dəvət alıb. Ayazdan fərqli, Ramil Piterdə meydana çıxmayacaq. Səbəb formasını geyindiyi “Zenit”in məşqçilərinin buna icazə verməməsidi. Şeydayev saytımıza açıqlamasında bildirdi ki, ona dincəlməyə imkan yaradıblar: “Məni də Qranatkin turnirinə çağırmışdılar. Federasiyadan zəng elədilər ki, gəl yığmaya. Ancaq “Zenit”dən buraxmadılar. Klubumdakı məşqçilər bildirdi ki, dincəlməyim məsləhətdi. Üç həftə istirahət veriblər. Yığmanın məşqçiləriyə danışıdım, onlar da dincəlməyimin məqsədəuyğun olduğunu bildirdi. Çünki qarşıda bizi daha çətin oyunlar gözləyir. Ayazla danışmışam, onu çağırıblar, oynayacaq. Ayaz əla formadadı, yorulmağın nə olduğunu bilmir. Fiziki cəhətdən çox güclüdü, məşqçilər korpusu bu üzdən ona istirahət verməyib”.
Ruslar Aleksandr Səmədovu özününküləşdirdi. Yaşadığı ölkənin formasını geyinən yarımmüdafiəçiyə Emin Mahmudovun qoşulub-qoşulmayacağı yaxın aylarda məlum olacaq. "Spartak"ın "Krılya Sovetov"a icarəyə verdiyi gənc artıq Samara klubunun əsas heyətində özünü göstərməyə başlayıb və adı gündəmdədi. Yerli federasiya Ramillə Ayazın da doğma vətəninin şərəfini qorumasının əleyhinədi. Buna baxmayaraq, Şeydayev Piterdə AFFA rəsmiləri ilə görüşəcək: “Bakıdan zəng eləmişdilər evimizə. Atam danışdı, ona nə deyiblər, bilmədim. Qranatkin turnirinə gələcəklərini bildiriblər. Mən oynamayacam, hər halda danışmağa gəlirlər. Yəqin ki, Ayaz və mənimlə eyni vaxtda söhbət edəcəklər. Mənim üçün indi əsas Rusiya yığmasıdı. Azərbaycanda oynamağa o qədər də maraqlı deyiləm. Baxaq görək nə danışacağıq. Hələ dəqiq söz deyə bilmərəm”. Şeydayevin bildirdiyinə görə, AFFA onları U-19 və ya U-21-ə deyil, biraşa əsas millinin təlim-məşq toplanışına cəlb etmək istəyir: “U-19, ya U-21 olsa, heç danışmağa dəyməz. Rusiyanın U-19-unda oynayıram da. Bu yaşda bizi əsas yığmaya dəvət etmələri maraqlı olardı. Danışmaq lazımdı”.
Daha sonra Ayaz Quliyevlə söhbətləşdik. “Spartak”ın üzvü dedi ki, Piterdəki turnirdə Azərbaycanla qarşılaşacaqları halda, qol vursa, sevinməyəcək: “Nə də olmasa, Azərbaycan mənə doğmadı. Azərbaycanlı olduğuma görə deyirəm bunları. Amma qol vurmaq imkanım olsa, vuracam. Peşəkar olmaq lazımdı. Bizim komanda Qranatkin turnirinin favoritidi. Azərbaycan yığmasının burda necə oynayacağı özümə də maraqlıdı. Hələ bu komandanın oyununu görməmişəm. Futbolçuları da tanımıram. Tanışlığa hazıram. AFFA-dan bizə də zəng gəlmişdi. Dedilər ki, görüşmək istəyirik. Zəng vuran məqsədinin məni Azərbaycan millisində görmək olduğunu bildirdi. Berti Foqtsa haqqımda məlumat veriblər. Almaniyalı baş məşqçi tapşırıb ki, AFFA mənlə Ramili toplanışna gətirsin. Başa saldım ki, indi Qranatkin turnirinə hazırlaşırıq, vaxtım yoxdu. Dedim, turnir başa çatandan sonra görüşüb danışa bilərik. Ancaq əsas milli da olsa, Rusiyada oynamaq istəyirəm. Burda perspektiv böyükdü. Yavaş-yavaş əsas yığmaya da dəvət alacağıq. "Spartak"dakı məşqçilərim mənə birdəfəlik Rusiyanı seçməyi məsləhət görür. Onların fikrincə. Azərbaycana getsəm, Avropa klublarının maraq dairəsinə düşməyəcəm. Rusiyadan Avropaya getmək isə xeyli asandı".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |