"İnter" Kiprdən oyunçu dəvət edir
Flavio Bek, Joan Paulo, İlço Naumoski, Daniel Genov və Ramil Mansurovla vidalaşan “İnter”də yeni simaların olacağı gözlənilir. Kaxaber Sxadadzenin istədiyi oyunçuların da adını çəkib. Stadium.az xəbər verir ki, Kaxanın Kiprdən tapdığının adı Şota, soyadı Qriqalaşvilidi. O, yarımmüdafiə xəttini gücləndirmək üçün artıq 27 yaşlı tanışıyla danışığa keçib. Kiprə zəng edərək, onu Bakıya gətirməyə can atır. Ancaq çətin ki, “Anortosis”li Qriqalaşvili bura gəlsin. Axı komandasının aparıcı üzvüdü. 1986-cı il iyunun 21-də Tbilisidə dünyaya göz açan Şota yerli "Dinamo"nun yetirməsidi. Bir ara "Borjomi", "Mesxeti"də oynadıqdan sonra 2009-cu ildə "Zestafoni"yə yollanıb.
Üç mövsümə 104 oyun keçirən yarımmüdafiəçi 15 qol vurub. 2012-də digər iddialı - "Dila"ya üz tutmaqla, karyerasında yeni səhifə açıb. Belə ki, Qori təmsilçisinin heyətində yerli çempionatda oyun keçirmədən legioner olub. Buna səbəb Avropa Liqasının təsnifat mərhələsində "Orhus", "Anortosis" və "Maritimu"ya qarşı yaxşı oyun nümayiş etdirməsidi. Famaqusta klubu onu elə “Dila”dan birbaşa heyətinə qatmaq istəsə də, keçid baş tutmayıb. Gürcüstan çempionu öncə “Alaniya”ya gedib. Vladiqafqazda işləri qaydasında getmədiyindən “Ska-Energiya” ilə anlaşıb. Mövsümün əvvəlində isə “Anortosis”in rənglərinə bağlanıb. İndinin özün də Kristakis Kasianos ona çox güvənir. Cinahdan sürətli reydləri və cərimə zərbəsindən vurduğu qollarla Kiprin birinci divizionunda (yüksək liqa) adından söz etdirir. Şota 6-cı turda “Etnikos Axna”, iki tur sonra isə “Enosis Neon Paralimni”nin qapısına qol vurub. Transfer dəyəri 250 min avrodu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |