"İnterAz" “Yaxşıların yaxşısı-2013” mükafatına layiq görülüb VİDEO

26.12.2013 | 5685 dəfə oxunub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) cari ilin yekunlarına dair təsis etdiyi “Yaxşıların yaxşısı – 2013” mükafatının təqdim olunması mərasimi keçirilib. Stadium.az xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, sərbəst güləş üzrə dünya çempionu Xəzər İsayev, "Şöhrət" və "İstiqlal" ordenli, xalq artisti, profesor Əlibaba Məmmədov, "Şöhrət" ordenli, Yazıçılar İttifaqının Baş katibi, professor Çingiz Abdullayev, Gənclər və İdman Nazirliyinin idarə rəisi Mirkamil Rəhimov Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, BŞGİBİ-nin rəisi Raqif Abbasov və digər rəsmi qonaqlar iştirak ediblər.

Mərasimdə dövlət himni səsləndirilib.

İ.İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirib.

Sonra il ərzində gənclər, idman və kütləvi bədən tərbiyəsi sahəsi üzrə, vətənpərvərlik, istedadlı və yaradıcı gənclər, Qeyri Hökumət Təşkilatları, Tələbə Gənclər Təşkilatları, ictimayi birliklər, idman federasiyaları, klub və cəmiyyətlər, kütləvi informasiya vasitələrinin nümayəndələri, yüksək nailiyyətlər əldə etmiş paytaxt gəncləri və idmançıları “Yaxşıların yaxşısı –2013” mükafatı ilə təltif olunublar. Təltif olunanlar arasında “İnterAz” televiziyasının əməkdaşı da olub və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən İnterAz ilin ən yaxşı telekanalı nominasıyası üzrə mükafatlandırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail