"Lans"a getməyimi Milinko Pantiç klub rəhbərliyinə məsləhət görüb" MÜSAHİBƏ
"Bakı"nın gənc futbolçusu, "Lans"a gedəcəyi gündəmdə olan Mahir Mədətov Stadium.az-a müsahibə verib.
- Yayda əsas komandaya cəlb edildin. Milinko Pantiç özü də sənin
oyununu bəyəndiyini etiraf etmişdi. Ancaq sonradan əsas komandanın deyil, gah
U-19-un, gah da əvəzedici heyətdə oyunlara çıxdın. Niyə belə oldu? Bəlkə
Pantiçin sənə inamı azalıb?
- Bu cür deməzdim. Sadəcə yəqin ki, məşqçi məndə nəyinsə çatışmadığını
görüb. Deməli daha çox məşq etməli və öz üzərimdə işləməliyəm. Sadəcə çox cavan
olduğumdan mənə güvənmir. Təcrübəsizliyimdən irəli gəlir. İnşallah daha çox
məşq edib, Pantiçə mənə güvənə biləcəyini sübut edəcəm. Pantiç məni əsas
heyətin məşqlərinə cəlb edir. Deməli inamı var və məndən nəsə gözləyir.
- Sənə şans verməməyi bəlkə U-19un heyətində qırmızı vərəqə almağınla
əlaqədar idi?
- Yox bununla bağlı olduğunu düşünmürəm. Həm də orda qırmızılıq bir şey
yox idi. Oyun aqressiv keçdi. Bir anda
müdafiəçidən topu oğurladım qol vurdum və qışqıraraq sevindim. Hakim də elə
bildi ki, söydüm kimisə.
- Pantiç nə deyir? Söhbətin olub?
- Biz hər həftə əvəzedici heyət və əsas komanda yoldaşlıq oyunu
keçiririk. Demək olar ki, oyunların çoxunda məni əsas komandaya çağırırb şans
verir Pantiç. Onunla söhbətim olmayıb. Düzü mən bir az ondan çəkinirəm. Adicə
salam verməyə utanıram. Söhbətimiz olub, yaxşı məsləhətlər verib. Ən əsası da
yadımda bir şey qalıb. Dedi ki, “bil özün nə olmaq istəyirsən və haralardı
sənin məqsədin”.
- Bir ara “Atletiko”ya gedişin gündəmdə idi. Niyə alınmadı?
- Açıq danışım məqsədim Azərbaycan Premyer Liqası deyil. “Bakı” mənim
üçün sadəcə tramplindi. Legioner həyatı yaşamaq istəyirəm və şükür bu şansdı.
Dəqiq heç nə deyə bilmərəm. Baş məşqçi Pantiç klub rəhbərliyi ora getməyimin
daha doöru olduğu qərarına gəlib. Narazı deyiləm. Çünki “Lans” da böyük klubdu.
- Yəni deyirsən ki, Pantiç “Atletiko”ya deyil “Lans”a getməyinə
məsləhət bilib?
- Bəli. Çünki “Atletiko”ya getsəm B komandasında oynayacaqdım. Belə isə
“Lans”ın əsas komandasına gedirəm.
- Nə vaxt gedirsən “Lans”a?
- Deyirlər ki, ondan qabaq əsas komandaynan təlim-məşqə gedəcəm “Bakı”
ilə. Sonra da “Lans”a göndərəcəklər. Amma bunlardan qabaq U-19 yığma komandamızla
Valentin Qranatkin turnirə yollanacam.
- "Lans"ın oyunlarını izləmisən? Özünü bu komandada görürsən?
- Düşünürəm ki, sadəcə bir az tez fikirləşib qərarı erkən vermək
lazımdı. Ağıllı oynamaq lazımdı, bunu da bacarıram.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |