Rövşənə heykəl qoyaq!
VƏ YA “FLAQMAN” (IN) HAKİM (İ)
Bəh-bəh, nə gözəl, nə tatlı, nəymiş bu ya... Bu şənbə unudulmaz. Rafet El Romanın "Unutulmaz" şarkısı dil-dil olub, dillərə düşdü, dili olmayıb, yalandan "ürəyim çırpınır" deyənlərin də yaxasından yapışdı. Tünzalə Ağayevanın yeri məlum. "Sevdi can səni"ni Allah bilir, kimə ithaf edib. Tovuzlu qızından sonra o mahnını başqası oxumamalıdır. Tünzalə xanım "Sevdi can səni"yə möhürünü vurub. Elə vurub ki, olsa-olsa, Rövşən Əhmədov nəsə zümzümə edəə bilər. "Neftçi" - "Bakı" qarşılaşmasını idarə eləmiş hakimin səsinin olub-olmadığını bilmək mənə də maraqlıdır. Deyirlər, ötən mövsümun ilk dövrəsində Bakıda keçirilən və 1:1 başa çatan "Neftçi" - "Qəbələ" matçından sonra kimlərsə müəyyənləşdirməyə çalışıb bunu. Aşıqfason "qoşma"larla "atışıblar". Rövşən o söz atışmasından bəri yenə əlinə fit götürürsə, məncə, sabah Tofiq Bəhramov adına Respublika stadionunun yaşıl meydançasında rep də desə, ictimaiyyəti təəccübləndirməyəcək. Axı mingəçevirli orbitr illərdir bu sahədə görə-görə, təcrübə toplaya-toplaya gəlib.
rnYox, səni heç kim tənqid eləməməlidir, Rövşən. Ağlımız Əfqanlara, başqalarına gedib. Sən "El klassiko"nu gözüyumlu idarə edərsən. Şənbəgünkü derbidə baş çıxardınsa, "Barselona" - "Real" görüşündə gözüyumlu fit çalarsan. Bəli-bəli, çalarsan və tribunaları doldurmuş on minlərlə azarkeş bu gözəllikdən məst olub, gözünü yumacaq, 90 dəqiqənin necə gəlib keçdiyini bilməz. Fitri istedadın aşıb-daşır, özün bilmirsən. Mişel Platani, təəssüf ki, ermənipərəstdir, yoxsa səni Çempionlar Liqasının final matçına göndərərdi. Zepp Blatterin başı rüşvətxorluqla mübarizəyə qarışıb, ağlı olsaydı, dünya çempionatının son qarşılaşmasını da öhdənə buraxardı. Yüzdə-yüz əminik ki, onların üzünü ağardardın, ürəklərində xal qalmazdı. Təmiz oyun prinsiplərinə "feyr-pley" deyilirsə, təmiz idarəçiliyə də təklif edərdik ki, "Rövşən Əhmədov" adı verilsin. FİFA, UEFA əlimyandıda hakim axtarır ki, Pyerluici Kollinadan sonra qarşısında baş əysin. Səndən xəbərləri olsa, "Fəhlə prospekti"nə gedən yol haqqı, Nyonda və Sürixdə heykəlini qoyarlar. Deyərlər, ilahi, yəni, günün bu günündə də belə təmizlik mücəssiməsi, pula satılmayan, təzyiqə sinə gələn, haqqı nahaqqın ayağına verməyən, başına tapança sıxsalar da, əqidəsindən dönməyən hakim var? Eşitsələr, əlbət, inanmazlar. Mütləq görməlidirlər, öz gözlərinin şahidi olmalıdırlar. Və yüzdə-yüz dərk etməlidirlər ki, Azərbaycan hakimlik məktəbi Tofiq Bəhramov və Eldar Əzimzadədən sonrakı tör-töküntülərlə çirklənməyib, Rövşən Əhmədov kimi layiqli davamçı, ağa qara deməyən, qərarı qərar olan istedad sahibi yetişib.
rnBabək Quliyev deyir ki, mən də varam! Get işinin dalınca, efirdə gurulda! Nə "Top-klass", nə ikinci kateqoriya, nə bir şey! Az sinənə döyüb, "mən Avropa görmüşəm" de! Elə-belə hakim olmusan, getdiyin yerdən də uzağa gedə bilməzdin. Xəqani Məmmədov yaxşı eləyib, səni hakimlikdən uzaqlaşdırıb, beş də əlini boşqaba çəkib. Hakimbaşı arif adamdır, tükü tükdən, hakimi hakimdən seçə bilir. Sədrkom istedadı görsəydi, paxıllıq hisslərini Elxan Məmmədovun əlindən alınmış otaqda qoyub, Babəki zorla irəli çəkərdi, deyərdi ki, qadan alım, mən Avropada qabağa gedə bilməmişəm, sən Azərbaycanın adını qaldır. Eləməyib, qoymayıb, qarışısını alıb. Əcəb eləyib, əlinin içindən gəlib! Ay Babək, sən Rövşən Əhmədov kimi təmiz hakim olmamısan. O və yuxarıda oturan digərləri səni ayaqda saxlasın. Görürsən, Rövşənin yaşı 40-ı keçib, hələ də fiti dodaqlarının arasından çıxarmır. Niyə başa düşmürsüz, təmizlik aşiqidir ki, onu hələ də əlindən almırlar da. Pis damğanı necə belə yapışdırsınlar, desinləir ki, sən elə yox, beləsən? Bəs Allah qorxusu? "Neftçi" - "Bakı" qarşılaşmasını izləyənlərdən biri kimi məsələ qaldırıram ki, AFFA-nın yeni binasının önündə, əli "ağ-qaralar"ın bazasına doğru uzanmış vəziyyətdə yekə, yekədən də yekə büstü qoyulsun. Xaqani Məmmədovun demirəm, ay kişi! Rövşənin e, Rövşənin! Son 17 ildə hakimliyi onuntək bacaran, fitindən ədalətin zəfəri süzülən, başının üstündə xeyir mələklərinin dolaşdığı başqa birisi varmı? Їöstərin!
rnSiz Allah, böhtanlardan əl çəkin! Dünən hansı saytı, qəzeti açdıq, Əhmədovun ünvanına yerli-yersiz tənqidlərlə qarşılaşdıq. Qan çıxmayan yerdən qan çıxarırlar bunlar. Hədir məqsədiniz, nə istəyirsiz "Neftçi"dən?! "Bakı"lı futbolçuların televizordan belə eşidilən narazı ifadələrinə, təəccübdən dörd olan gözlərinin parıltısına aldanmayın! Hakim-inspektor 10 bal yazmasa, Rövşən hakimbaşının kabinetinin şosseyə baxan pəncərəsi altında piket keçirməlidir. Amandır, qoyma haqqını yesinlər! Cəzalandırsalar, ürəyini buz kimi elə, arxanda dayanmışıq! Sən "Neftçi"nin adına layiq hakimlik eləmisən, keçmişinə hörmət qoymusan. 93 dəqiqə "Neftçi"nin lehinə bir mübahisəli qərar da çıxarmadın ki, deyək, Ramin Musayevin qıyqacı baxışlarına tuş gələsən. Hə etdin, guya? "Bakı"nın atlanıb-düşməsindən qorxma! Heyləmisən ki, son 2 dəqiqədə bir balaca sıxmaq istədin onları. Onda da alınmadı. "Heftçi" artıq 2 qol buraxmışdı, eybi yox, sənin hesabına 1 cavab topunu vursaydılar, yenə "Bakı" səndən inciməməliydi. "Simurq"a uduza bilirlər, olar, "Neftçi"yə yox? Axı "Neftçi" "flaqman"dır!
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |