“Sumqayıt” bu günə qədər ən azı 9 xal toplamalı idi”

31.08.2012 | 4784 dəfə oxunub


“Sumqayıt” Futbol Klubunun əvəzediciləri çempionatda yaranmış fasilədən maksimum yararlanmaqdadır. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komanda gün ərzində iki dəfə olmaqla hazırlığını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirir. Əvəzedicilərin baş məşqçisi Vaqif Paşayev arxada qalan oyunlar və hazırlıq prosesi barəsində klubun rəsmi saytına açıqlama verib: “Çempionatda 4 oyun keçirmişik. Bu görüşlərdə bir qələbə, bir məğlubiyyət və iki heç-heçəyə imza atmışıq. Ümumilikdə götürsək, komandamdan arxada qalan dörd turda razı qalmadım. Düşünürdük ki, bu günə qədər ən azı 9 xal toplamalı idik. Bizim komandamız çempionatın ən gənc kollektivlərindən biridir. Yay fasiləsi zamanı klubun akademiyasından 10 futbolçunu heyətə cəlb etdik. Onlardan artıq bir neçəsi əsas heyətdə meydana çıxıb. Ümumilikdə götürsək, hazırda bəzi problemlərimiz var. Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilə bizim üçün çox önməli idi. Dörd oyunu analiz edib səhvlərimiz üzərində çalışacağıq. “Sumqayıt” Futbol Klubunun əvəzedici komandasının əsas məqsədi əsas komanda üçün futbolçu hazırlamaqdır. Artıq komandamızın iki üzvü əsas komandaya cəlb olunub. Düşünürəm ki, yaxın gələcəkdə bu say artacaq. Hazırda gün ərzində iki dəfə məşq etməklə hazırlığımız davam etdiririk. Uşaqlar meydanda var qüvvələri ilə çalışır. Qarşıda bizi olduqca çətin oyunlar gözləyir. Uğurlu çıxış edib, bacardığımız qədər turnir cədvəlinin üst pillələrinə qalxmaq istəyirik”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail