AFFA-dakı toplantının görünməyən tərəfləri Stadium.az-da

03.07.2012 | 8148 dəfə oxunub

Bu gün Peşəkar Futbol Liqasının prezidentinin seçkiləri keçirilib. Stadium.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan seçkilərdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, PFL-in prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Premyer Liqasında çıxış edən klubların nümayəndələri iştirak ediblər. Seçkidən sonra isə Rövnəq Abdullayev klub nümayəndələri ilə toplantı keçirib. AFFA prezidenti Rövnəq Abdullayev narazı qaldığı məqamları klub nümayəndələrinin diqqətinə çatdırıb.

Tez-tez bəzi klubların adlarından narazı olduğunu bildirən Rövnəq Abdullayev bu dəfə də onlara öz məsləhətlərini verib. Assosiasiya başçısı konkret olaraq 2 klubu - “İnter” və “Rəvan”ı hədəf seçib. Komandaya “İnter” adı qoyulmasından narazılığını ifadə edən Abdullayev “bankirlər”in məhz bu səbəbdən də daim azarkeş sarıdan çətinlik çəkdiyini qeyd edib. AFFA-başçısı “İnter”ə belə məsələt verib: “Komandanın adını dəyişib, “Keşlə” qoysanız, bundan min dəfə yaxşı olar. Həm azarkeş çox olar, həm də ad yerli olar”.

Eyni tənqidə  “Rəvan” klubu da məruz qalıb. “Dalğa Arena”da komandanın oyunlarını cəmi 5-10 azarkeş toplaşdığını iddia edən AFFA başçısı komandaya həm adını dəyişib “Bayıl” qoymağı, həm də ev oyunlarını sözügedən qəsəbədə keçirməyi məsləhət görüb. R.Abdullayevin fikrincə, bu halda komandanın tərəfdarlarının da sayı artar.

AFFA başçısı milli komandamızın üzvü Mahir Şükürovdan da narazıdır. Futbolçunun  bu günlərdə ölkə mətbuatına verdiyi müsahibə Abdullayevi öündən çıxarıb. İstifadəsi qadağan olunan preparatlardan istifa edib, dopinqdə “ilişən” və yalnız AFFA-nın hesabına 2 illik cəzadan yaxasının qurtaran Şükürovun verdiyi açıqlamalar futbolumuzun başçısına heç də xoş gəlməyib. 



  #1   Adınız: hasan;   E-mail: [email protected]

07.08.2012 19:51

Butsi yamayıb, əlcək tikən futbolçu. "MKT Araz"ın faciəvi durumu
"MTK Araz"ın yaranma tarixi

Azərbaycanın cənub-şərq reqionunda futbol ənənələrini dirçəltmək üçün, "MKT İstehsalat-Komersiya" şirkəti İmişli şəhərində "MTK Araz" adlı futbol klubu yaratmaq qərarına gəldi.
Bunun üçün komersiya şirkəti Şəhərin özündə yerləşən stadionu 20 illik icarəyə götürdü. Bundan başqa mərkəzdə yerləşən güləş zalını da, yeni yaranmış klubun himayəsinə götürdülər.

"MTK Araz" futbol klubu 2003-cü ildə "MKT İstehsalat-Komersiya" şirkətinin əzində yaranıb, 2004-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyatından keçib.
Bundan başqa "MKT İstehsalat-Komersiya" şirkətinin himayəsi nəticəsində İmişlidə 8500 yerlik Avropa standartlarına cavab verən, stadion inşa edilib.
2006-cı il mart ayının 28-də ölkə prezidenti İlham Əliyev Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adını daşıyan stadionun açılışında iştirak etmişdir.
5 iyun 2006-cı il tarixində UEFA nümayəndəsi Devid Petraşivili idman qurğusuyla tanış olaraq, Stadionun beynəlxalq standartlara cavab verdiyini təstiq etmişdir.


Yuxarıda qeyd etdiklərim, İmişli futbolunun çiçəklənən zamanına aid olan qeydlərdi. Bu yaxınlarda İmişlidən aldığımız xəbər Mundial.Az olaraq futbolumuza daha bir dəfə başın sağolsun deditdirdi. 5 il öncə yüksəlişdə olan lakin indi tarixin yaddaşıyla ölüm-qalım uğrunda boğuşan, "MTK Araz" haqqında bu qədər arzuolunmaz xəbər eşidəcəyimizi heç fikirləşmirdik. Əslində Azərbaycan futbolu üçün hər hansı bir futbol klubunun ani amma böyük hay-küylə yaranıb, ani lakin səssiz-səmirsiz yox olub, dağılması adi bir haldır.
Lakin burada ölkə reallıqlarını nəzərə alaraq "MTK Araz"ında digər klubların aqibətini yaşayacağını düşünmək, ən azı cinayət hesab oluna bilər.....
Təsəvvür edin, ümumilli lider, ulu öndər Heydər Əliyevin adını daşıyan yeganə stadion olan, İmişli Rayon stadionu futbolsuz qalacaq.

Sizcə bu mümükündür? Xeyr cənablar İmişli şəhəri futbolsuz qalsa, bu ilk növbədə Heydər Əliyevin adına böyük hörmətsizlikdir. Prezdent İlham Əliyev 2006-cı ildə stadionun açılışına gələndə, klubun sonda bu aqibəti yaşayacağını yəqin ki, düşünməzdi. Amma indi klubun dağılma ehtimalı var, özüdə ehtimal böyükdür.

Aylardı maaş üzünə həsrət qalan futbolçular

"MTK Araz" futbolçuları hər gün stadiona yığışmaqdan çayxanalarda gün-güzəran keçirirlər.
Futbolçular klubdan 5 aydır maaş ala bilmir. Üstəlik hər qələbəyə görə almalı olduqları 100 manat həvəsləndirici puldan da məhrum olublar. ümumilikdə klub rəhbərliyi hər bir futbolçuya həvəsləndirici parayla birlikdə, 2500, 3000 manat pul borcludur.
Futbolçuların dediyinə görə, klubun himayədarı "MKT İstehsalat-Komersiya" şirkətinin baş direktoru İkram Kərimli bir neçə aydır onlara boş vədlər verir. Klub Direktoru Mirheydər Şəfiyev və baş məşqçi Xalid Mustafayev də futbolçularla birlikdə prezidentin yalançı vədlərindən beziblər.

Butsi yamayan komanda

Adının çəkilməsini istəməyən "MTK Araz"lı futbolçu İmişli futbolunun hazırki durumu haqında bunları dedi:
"5 aydır rəhbərlik bizə olan borcunu ödəmir. Bizə çatmalı olan həvəsləndirici paradan da məhrumuq. Bu gün sabah deyə-deyə artıq 5 ay vaxt keçib".

"Bu klub bizə doğma klubdur. Futbolçuların hamısı yerli İmişli uşaqlarıdır. Mən özüm butsimi yamamaqdan bezmişəm. Qapıçımızın əlcəyidə o gündədir. Adı normal geyim formasıyla belə, təhciz olunmuruq. Çempionata "MKT Araz"ın 2007-ci ildən qalan köhnəlmiş formalarıyla çıxırıq".

"Biz burda canımızı qoyuruq, İmişli futbolunun yaşaması üçün əlimizdən gələni edirik, lakin kluba cavabdeh olan şəxs İkram Kərimli bizi aldatmaqla məşğuldur. Təsəvvür edin birinci divizyonda çempionatın başlamasına bir aydan az vaxt qalıb, biz hələ klubun çempionata qatılıb, qatılmayacağını bilmirik" deyə o qeyd edib.

Son ümid Vilyam Hacıyevdir

Deyilənə görə, İmişli Rayon İcra başçısı Vilyam Hacıyev klubu himayəsinə götürmək istəyir. Klub direktoru Mirheydər Şəfiyev bu yaxınlarda başçının qəbulunda olmalıdır.
İmişlı futbolunun yaşayıb, yaşamayacağı bu görüşdən və hazırda kluba himayədarlıq edən İkram Kərimlinin vəfasızndan asılı olacaq.
İstənilən halda "MTK Araz" kimi bazası olan bir klub yaşamalıdır. Ən azı biz idmandan və futbola olan dövlət qayğısından danışırıqsa İmişli futbolu tarixin yaddaşına köçməməlidir.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail