AZAL-ın yeni baş məşqçisi Vaqif Sadıqov oldu
AZAL-ın baş məşqçisi müəyyənləşib. Stadium.az xəbər verir ki, Vaqif Sadıqov “təyyarəçilər”in yeni çalışdırıcısı təyin olunub. Təyinat bu gün keçirilən klubdaxili iclasda reallaşıb. 2 illik müqavilə bağlayan Sadıqov komandanı ilk məşqə də çıxarıb. Onun köməkçisi Şakir Qəribovdur.
Sadıqov cari mövsüm AZAL-ı çalışdıran 4-cü mütəxəssisdir. 53 yaşlı məşqçiyə qədər Nazim Süleymanov, Elxan Abdullayev və Rafiq Mirzəyev bu postu tutmuşdu. Süleymanov avrokubokdakı oyunlardan sonra istefa vermişdi. Premyer Liqanın startı ərəfəsində bu vəzifəyə gətirilən Abdullayev isə I dövrədən sonra istefa vermişdi. Daha uzun müddət iş başında olan Mirzəyev isə ötən XXVI turdan sonra öz istəyi ilə postundan ayrılıb.
Komandanı son 6 oyuna çıxaracaq Sadıqov bunadək ölkəmizdə “Nicat”, “Neftçi”, “Şəfa”, “ANS-Pivani” klublarını, Azərbaycanın millisini, həmçinin İranın “Maşınsazi” klubunu çalışdırıb. Son iş yeri Rusiyanın “Anji” klubu olan mütəxəssis orda olduğu kimi, milli komandamızda da köməkçi-məşqçi vəzifəsini tutub.
“Neftçi”ni avrokuboklara çıxaran ilk baş məşqçi olan Sadıqov bu postda 1994/95 mövsümündə Azərbaycan kubokunun və Superkubokunun qalibi olub.
Sadıqovun ölkə daxilində sonuncu komandası olan “Neftçi”də də köməkçisi Qəribov olub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |