Ruslan Nəsirli: "Özümü yaxşı tərəfdən göstərib "Trabzonspor"da qalmaq istəyirəm"
26.08.2013 | 5624 dəfə oxunub
2-ci dəfə
"Trabzonspor"un düşərgəsinə yollanan Ruslan Nəsirli
"Sumqayıt" Futbol Klubunun rəsmi saytına fikirlərini bildirib. Stadium.az
xəbər verir ki, 18 yaşlı futbolçu Türkiyənin dörd ən böyük klublarından birində
forma geyinməyin böyük fəxr olduğunu deyib:"Çox sevinirəm ki, "Trabzonspor"dan növbəti dəfə təklif
almışam. Bir azərbaycanlı futbolçu kimi Türkiyənin dörd ən böyük klublarından
birində forma geyinmək həqiqətən böyük fəxrdir. Sözün açığı, ilk dəfə Trabzona
yollanarkən özümü yaxşı tərəfdən göstərə bilmişdim. Hətta yoxlama oyunlarında fərqlənmişdim.
Lakin bu kluba keçidimin baş tutmamasının əsas səbəbi "Trabzonspor"da
rəhbərliyin və məşqçi korpusuunun dəyişməsi oldu. Yeni rəhbərlik növbəti dəfə mənim
üçün "Sumqayıt" Futbol Klubuna məktub ünvanlayıb. Ümid edirəm ki, bu
dəfə də özümü yaxşı tərəfdən göstərib "Trabzonspor"da qalmağı
bacaracam. Mənim bu mərhələyə gəlib çatmağımda "Sumqayıt" Futbol
Klubunun əməyi böyükdür. "Sumqayıt" gənclərdən qurulmuş bir
komandadır. Misal üçün bir müddət əvvəl "Portu"ya yollanmış komanda
yoldaşım Orxan Əliyevi qeyd etmək olar. "Sumqayıt" Futbol Klubu gənclər
üçün böyük şansdır. Yaxın gələcəkdə bu klubun bir neçə üzvü böyük komandalarda
forma geyinəcək. "Trabzonspor"dan qayıtdıqdan sonra milli komandanın
düşərgəsinə qoşulacam. Əsas məqsədim yığmanın heyətində oktyabr ayında keçiriləcək
seçmə mərhələdə özümü yaxşı tərəfdən göstərməkdir".