Elxan Məmmədovun oyunu, yoxsa Rövnəq Abdullayevin baş katibi "vurmaq" planı?

09.01.2020 | 58537 dəfə oxunub


Ötən gün AFFA-nın növbədənkənar Konfransı keçirildi. Konfransın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılması olub. Həmçinin digər məsələlər də nəzərdən keçirilib. Konfransda Nizamnaməyə bir sıra  dəyişikliklərin edilməsi qərara alınıb ki, onlardan biri də, icraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi olub.

Bununla da daha əvvəl mövcud olan I vitse-prezident vəzifəsi ləğv edilib. Əvəzində icraçı vitse-prezident vəzifəsi təsis olunub.

Bəs bu nə deməkdir? İzahlı olaraq diqqətinə çatdırım ki, bundan sonra AFFA prezidenti səlahiyyətlərini icraçı vitse-prezident həyata keçirmək hüququna malikdir.

Yəni əgər İcraiyyə Komitəsində AFFA prezidenti iştirak etməsə, icraçı vitse-prezident onu əvəzləyə bilər.

Hazırda AFFA prezidenti olan Rövnəq Abdullayevin futbolla çox da yaxından maraqlanmadığı, ölkə futboluna daha yaxından diqqət etmədiyi hər kəsə bəllidi. SOCAR kimi ölkə iqtisadiyyatını tənzimləyən bir şirkətə başçılıq edən və bir sıra vəzifələrdə çalışan Rövnəq müəllimin istərək və istəməyərək başçılıq etdiyi Azərbaycan futboluna az diqqət göstərməsi heç də qeyri-adi qiymətləndirilməməlidir. Futbol dünyaya çıxış, tanınmaq və reklam olunmaq üçün ən yaxşı – hətta bir nömrəli idman növüdü. Bu səbəbdən istənilən şəxs AFFA prezidenti olmaq istər.

Amma prezident olmaqla yanaşı, gərək, işlərə də diqqət edəsən, problemləri həll etməklə məşğul olasan. Rövnəq müəllim isə bu işləri AFFA-nın baş katibi Elxan Məmmədova həvalə etmişdi. Bu etimaddan sui istifadə edən Məmmədov isə Azərbaycan futbolunu az qala şəxsi mülkiyyətinə çevirib. Bir sıra iş adamlarıbı ölkə futbolundan küsdürüb uzaq salan, bəzilərinə bu sektora girməyə imkan verməyən Elxan Məmmədov Azərbaycan dilində sərbəst və səlis danışmağa çətinlik çəksə də, futbolumuzu çapıb-talamaqda çox böyük şücayət göstərir.

8 komandanın iştirak etdiyi Azərbaycan çempionatında bu klublardan ölkənin ən köklüsü “Neftçi” başda olmaqla yanaşı, “Sumqayıt”, “Keşlə” və “Səbail”in birbaşa olaraq Elxan Məmmədovun idarəetməsi altında olması hər kəsə bəllidi.

Ölkə futbolunu ştatlardan ibarət özəl dövlətə çevirən Məmmədov yaratdığı (yarım) ştatları çox böyük siyasətlə idarə etməkdədir.

Bu halda icraçı vitse-prezident vəzifəsi bizə nə vəd edir?

Bu, o deməkdir ki, AFFA prezidenti olmadığı halda qərarları icraçı vitse-prezident qəbul edə biləcək.

Bəs icraçı vitse-prezident vəzifəsini yaratmaqda məqsəd nədir? Ola bilər ki, bu, elə Məmmədovun öz oyunu olsun və Abdullayevi yeni “yarımştat”ın yaradılmasına razı salıb. Bununla da de fakto idarə etdiyi AFFA prezidenti vəzifəsini bundan sonra rəsmi şəkildə sahiblənəcək.

Məsələnin digər tərəfi isə Rövnəq Abdullayevin siyasəti ola bilər. AFFA-da nüfuz savaşı getdiyi bir arada Abdullayevin klanı Məmmədov üzərində tam bir zəfər əldə etmək üçün icraçı vitse-prezident vəzifəsini təsis edərək baş katibi süni oyundankənar vəziyyətdə saxlamaq istəyə bilərlər.

Bəs icraçı vitse-prezident kim olacaq? Bu suala isə yanvarın 28-də keçiriləcək AFFA-nın Hesabat Seçki-Konfransında aydınlıq gələcək. Ona kimi isə bu vəzifəyə gəlmək üçün namizədlər arasında soyuq müharibə gedəcək. Siyasəti güclü, daha böyük və nüfuzlu “arxa”ya sahib olanın bu vəzifəyə gələcəyi şübhə doğurmur. Odur ki, hadisələrin gedişini izləmək və yanvarın 28-də bəlli olacaq icraçı vitse-prezidentin kimliyindən sonra olaylar barədə, ölkə futbolunun hansı uçuruma yuvarlanacağı və ya inkişaf üçün çaba göstərə biləcəyi haqda çırt-pırt fikirlər səsləndirmək olar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail