"Mançester Siti" Dortmund "Borussiya"sının futbolçusu Erlinq Holand ilə şəxsi sözləşməsinin şərtlərini razılaşdırıb.
Stadium.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikola Skira şəxsi tvitterində yazıb. O, bildirib ki, norveçli hücumçu "şəhərlilər"lə 2027-ci ilədək müqavilə bağlayacaq. 22 yaşlı forvardın illik əmək haqqı 30 milyon avro olacaq.
"Mançester Siti"nin Holandın 75 milyon avroluq klausulasını aktivləşdirməyə hazır olduğu vurğulanıb.