Qurban Qurbanov: "Çox dəyişiklik olmayacaq"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Sivasspor"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu, hər iki komanda üçün çox vacib bir oyundur. Xallarımız yoxdur, qələbə qazanmaq istəyirik. Əvvəlki matçda "Sivasspor"un gücünü gördük. Oyuna yaxşı hazırlaşmışıq, sadəcə, itkilərimiz var. Beş oyunçu oynaya bilməyəcək. Hər halda qələbə qazanmağa çalışacağıq. Qardaşıq, amma meydanda hər komanda qazanmaq istəyir. Oyunçularıma inanıram.
- Komandanız meydana azad olunmuş Ağdam təmsilçisi kimi çıxacaq. Bu, komanda üçün nə dərəcədə vacibdir?
- Bundan əvvəl də hər oyun xüsusi idi, böyük məsuliyyət var idi. Bütün rəqiblərə qarşı xarakter göstərməyə çalışırq, bütün Qarabağı ləyaqətlə təmsil etməyə çalışmışıq. İndi daha yüksək motivasiyamız var. Torpaqlarımız azad edildi, Ağdamın azadlığı komandaya təsir edəcək. Biz artıq qaçqın komandası deyilik. Özümüzü yaxşı hiss edirik. Ancaq narahatlıqlar var: yüksək əhval-ruhiyyə komandaya mənfi təsir göstərə bilər. Ali Baş Komandanımıza təşəkkür edirəm. Türkiyə başda olmaqla bizə dəstək olan bütün ölkələrə təşəkkür edirəm.
- Heyətdəki itkilərlə bağlı nə deyə bilərsiniz?
- 13 meydan oyunçumuz və 3 qapıçımız var. "Sivasspor"un baş məşqçisinin açıqlamalarını oxudum. Yaxşı oyunçulara sahibdirlər. Müdafiədə problemlərimiz var. Müdafiəçilərimiz etibarlı oynamalıdırlar.
- "Sumqayıt"la matçdakı heyəti sabah meydanda görə bilərik?
- Çox dəyişiklik olmayacaq. Kəlbəcərin azad edilməsindən danışmaq istərdim. Uzun illər klubun kapitanı olmuş Rəşad Sadıqov bu bölgəmizdəndir. O, mənim dostum, qardaşımdır və uzun illər onun nələr hiss etdiyini bilirdim. İstəyərdim, Rəşadın yanında olum və onu ürəkdən qucaqlayım. Bütün kəlbəcərliləri və Azərbaycan xalqını bu günə görə təbrik edirəm.
Oyunçulara gəlincə, Romero hazırdır, amma çoxdandır oynamır. "Sumqayıt" a qarşı da az oynadı. Bəzi futbolçular 90 dəqiqənin hamısını oynamağa hazır deyil.
- Ağdamdakı "İmarət" stadionunun hazırkı vəziyyəti ilə bağlı videoya baxmısınız?
- Yeni bir stadion tikmək üçün vaxt lazımdır.
- Ağdamı ziyarət etmək istəyirsiniz?
- Planlarımız var. Bəlkə də bu şənbə getdik. Bu məsələyə dövlət qurumları qərar verir. Biz cavab gözləyirik. İnanıram ki, Ağdama gedə bilərik. Məscidi, "İmarət" stadionunu və Allahverdi Bağırovun (Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ"ın keçmiş futbolçusu və baş məşqçisi - red.) məzarını ziyarət edəcəyik.
- Yəqin Dieqo Maradonanın öldüyünü eşitdiniz ...
- Bu, böyük bir itkidir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
24.09.2019
05.08.2019
24.12.2014
12.01.2013
11.01.2013
10.01.2013
09.01.2013
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |