Ayxan Abbasov: "Qarabağ"la "Sumqayıt"ı müqayisə də etmək düzgün deyil"

22.11.2020 | 4015 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın X turunda "Qarabağ"a səfərdə 1:6 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.

Stadium.Az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə görüş haqda danışıb.

- İlk növbədə "Qarabağ"ı Ağdamın qaytarılması münasibətilə təbrik edirəm. Millidə oyunçularımız vardı, bəlkə də bəziləri çox yorulmuşdu. Heyətimiz geniş olsaydı, onlara istirahət vermək olardı. "Qarabağ" çempionatda digər komandalardan fərqlənir. İlk növbədə səhvləri bağışlamamağa görə. Belə məğlubiyyət istəməzdik, ancaq təslim olmaq da olmaz. Zədəlilərimiz də çoxalır. Qışadək maksimum xal yığmalıyıq. Bu məğlubiyyəti unudub "Qəbələ"ylə matça hazırlaşacağıq.

- Qapıda dəyişiklik təəccüblü gəldi. Bunu necə şərh edərdiniz?

- Bu, təəccübləndirməməlidir. Mehdi da əsas qapıçımızdır, onu da itirmək istəməzdik. Bu gün tək onda yox, bütün komandada səhvlər oldu.

- Belə məğlubiyyətlə arxayınçılığın rolu oldu ki, "Sumqayıt" 1-ci yerdə idi?

- Belə deməzdim. Hardasa konsentrasiyamız aşağı oldu. İlk 15-20 dəqiqə pis təsir bağışlamadıq, taktiki düz oynayırdıq. Standart vəziyyətdən 2 qol buraxdıq. Bu, yaralı yerimizdi. Çempionatda elə "qırğın" gedir ki, hər gün turnir cədvəlində yerdəyişmələr olur. Sadəcə, bu gün bizim günümüz deyildi.

- Zədəlilərin durumu necədir?

- İstəməzdim ki, iki müdafiəçimizi birdən itirək. Meydança da ağır idi. Hər iki qapının önü bərbad idi. Bu, futbolçulara mənfi təsir göstərdi.

- Neçənci oyundur faktiki hücumçusuz oynayırsınız. Rəhbərliklə alternativ variantla bağlı düşünmüsüzmü?

- Bizi nə gözlədiyini mövsümün əvvəlində demişəm. Bəzi mövqelərdə oyunçularımız yoxdur. Büdcəmizi qurmuşuq, rəhbərliyə bir söz deyə bilmərəm. Qışdan sonra 2-ci hücumçu almağa çalışacağıq. Kimi gəldi də götürmək istəmirəm, eləsi bizə rast da gəlməyib. Əli Qurbaninin itkisi böyük itki oldu.

- Oyundan əvvəl sizdə 6 qol qorxusu vardı?

- Məndə heç bir oyunda qorxu olmur. Futbolçularıma demişdim ki, "Qarabağ" yaxşı formadadır. Xüsusilə hücum xəttində. "Qarabağ"la "Sumqayıt"ı müqayisə də etmək düzgün deyil. Bizi sevindirən odu ki, hələ ki güclülərin içində mübarizə aparmalıyıq.

- Yəni, belə hesabla məğlubiyyəti gözləyirdiniz?

- Yox, hansı bir məşqçi bu hesabı gözləyə bilər? İlk 20 dəqiqəni kiməsə göstərsən, deməz ki, 6 qol buraxaraq uduzarıq 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail