"Yeni baş məşqçi Azərbaycan millisinin oyununa ciddi təsir göstərməyib" - Litva millisinin baş məşqçisi

24.03.2019 | 4093 dəfə oxunub

Litva millisinin baş məşqçisi Valdas Urbonas Azərbaycan yığması ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Stadium.az xəbər verir ki, o, əvvəlcə sabahkı matçla bağlı fikirlərini bildirdi... - Bakıda olmaq bizim üçün çox xoşdu. Bizi yaxşı qarşıladılar. Yolumuz uzun olduğu üçün yorğunluq var, amma oyuna ciddi hazırlaşmışıq. Hər iki komanda AVRO-2020-nin seçmə mərhələsinə məğlubiyyətlə başladı. Azərbaycanın Xorvatiya ilə oyununa baxmışam. Təşkilatı baxımdan və mübarizə cəhətdən çox xoşuma gəldi. Azacıq çatışmadı ki, pozitiv nəticə əldə etsinlər. Amma diqqəti daha çox öz oyunumuza yönəldəcəyik. Xüsusilə xətlərarası əlaqə üzərində çalışacağıq. Azərbaycan millisinin Millətlər Liqası oyunlarını da izləmişdim. Komanda yaxşı futbol göstərirdi. Baş məşqçi dəyişikliyi onlara ciddi təsir göstərməyib. Azərbaycan ayrı-ayrılıqda yaxşı futbolçulardan təşkil olunmuş komandadı.

- Azərbaycandan fərqli olaraq siz “cırtdan” ölkəyə məğlub olduz. Bu, komandaya mənfi təsir etməyib ki?

- İndi dünyada və Avropada hamı futbol oynamağı bacarır. Ölkələrin adına baxaraq, futbol keyfiyyəti baxımından danışmaq asan deyil. Lüksemburqu zəif adlandırmazdım. Aydındı ki, Azərbaycan dünya ikincisinə qarşı oynadı. İstənilən halda, biz yalnız dünya çempionu ilə qarşılaşmış olsaq, bu gün rahat olardım.

- Azərbaycan millisinin son oyununda hansı futbolçu diqqətinizi çəkdi? - Ümumilikdə komandanı fərqləndirərdim. Təbii ki, qol vuran futbolçu (Ramil şeydayevi nəzərdə tutur - red.) daha çox diqqət mərkəzinə düşə bilər. Amma həm müdafiə planında oyun, həm də əks-hücumların təşkilində Azərbaycan millisini fərqləndirmək olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail