Beyldan iddialı açıqlama: "Lider olmağımıza mane olacaq səbəb görmürəm"

24.03.2019 | 4365 dəfə oxunub

Seçmə mərhələni lider kimi başa vurmaq istəyirik. Bizə problem yaradacaq səbəb görmürəm”. 

Stadium.az xəbər verir ki, bu sözləri Uels millisinin futbolçusu Qaret Beyl deyib. AÇ-2020-nin seçmə mərhələsində millimizin də yer aldığı E qrupundakı mübarizələrini dəyərləndirən “Real”ın hücumçusu ölkəsinin mətbuatına açıqlamasında iddialı danışıb: “Adətən bizi uğursuz adlandırırlar. Amma bukmekerlər heç də həmişə düzgün olmur. Hədəfimiz seçmə mərhələni qrup lideri kimi başa vurmaqdır. Bəli, Slovakiya və Xorvatiya artıq ilk qələbələrini qazanıblar. Amma bu, heç nəyi dəyişmir. Asan qrupda deyilik, böyük turnirlərə çıxmaq çətindir. Lakin biz buna hazırıq”.

Uels bu gün seçmə mərhələdə ilk oyununa çıxacaq. Rayan Giqqzin komandası evdə Slovakiya ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail