Şenol Günəş "Beşiktaş"dan ayrılır: Türkiyə millisini çalışdıracaq

10.02.2019 | 5659 dəfə oxunub

Türkiyə Futbol Federasiyası (TFF) bu ölkənin yığma komandasında baş məşqçi dəyişikliyinə hazırlaşır. Stadium.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TFF 15 illik fasilədən sonra Şenol Günəşi “ay-ulduzlular”ın “sükanı arxasına” gətirmək fikrinə düşüb.

Hazırda "Beşiktaş"ı çalışdıran, lakin İstanbul klubu ilə müqaviləsinin müddəti yayda bitəcək 66 yaşlı mütəxəssis, iyuna qədər həm bu komandanı, həm də millini çalışdıracaq. Tərəflər belə bir razılıq əldə edə bilməsə, Günəşin qısa zaman içində “Beşiktaş"dan ayrılması və sadəcə, yığma komandanı çalışdırması gözlənilir. “Qara qartallar”ı isə mövsümün sonuna qədər Quti çalışdıracaq.

Günəşin Türkiyə yığmasındakı ikinci baş məşqçilik dönəmində ilk sınağı AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya ilə səfər oyunu (22 mart) olacaq. Bundan 3 gün sonra isə doğma meydanda Moldova ilə qarşılaşma baş tutacaq.

Türkiyə yığmasını hazırda Mirça Luçesku çalışdırır. Rumıniyalı mütəxəssislə müqavilənin müddəti yayda başa çatacaq. Amma 73 yaşlı məşqçinin tezliklə istefaya göndərilməsi nəzərdə tutulub. Onun rəhbərliyi altında 17 matça çıxan Türkiyə yığması cəmi 4 qələbə qazandığı halda, 6 heç-heçəyə razılaşıb, 7 dəfə məğlubiyyətlə üzləşib.

Günəş daha öncə 2000-2004-cü illər aralığında Türkiyə yığmasını çalışdırıb. Onun rəhbərliyi altında “ay-ulduzlular” DÇ-2002-nin bürünc medallarını qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail