"Haldorssonun durumuna görə narahatam"

14.01.2019 | 2367 dəfə oxunub

İslandiya yığma komandasının baş məşqçisi Erik Hamren açıqlama verib. 

Stadium.az "futbolti.net"ə istinadən xəbər verir ki, 61 yaşlı çalışdırıcı klublarında ehtiyatda qalan milli üzlərinə görə narahat olduğunu bildirib. Hamren "Qarabağ"da çıxış edən islandiyalı qolkiper Hannes Haldorssonla Fransa "Dijon"unda oynayan Aleks Runnarssonun durumundan narazı olduğu dilə gətirib: "Haldorssonla Runnarssonun durumlarına görə qayğılıyam. Hannes bir müddətdir ki, oynamır. Aleks də son zamanlar ehtiyatda qalır. Onlar milli üçün vacib futbolçulardır. Ümid edirəm ki, vəziyyət dəyişəcək. Onlar daim meydanda olmalıdırlar. Milli komandanın baş məşqçisi bu vəziyyətdə nəsə edə bilməz. Ümid edirəm ki, milli üzvləri çox oynamaq şansı qazanacaqlar". Yayda "Qarabağ"a Danimarkanın "Randers" klubundan keçən 34 yaşlı qapıçı sonuncu dəfə ötən ilin noyabr ayında meydanda olub.

Haldorsson bir müddət öncə açıqlamasında "Qarabağ"dakı durumuna görə ayrılıq işarəsi vermişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail