U-21 millimizin baş məşqçisi açıqlanıb - Rəsmi
Azərbaycanın U-21 millisinin baş məşqçisi müəyyənləşib. Stadium.Az federasiyanın saytına istinadən xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məqşçisi vəzifəsi Milan Obradoviçə həvalə olunub.
42 yaşlı mütəxəssis son olaraq, Serbiya milli komandasında məşqçi işləyib.
Pro kateqoriyasına malik Obradoviç bunadək 2014-15-ci illərdə Napredak-da (Krusevac, Serbiya), 2015-ci ildə Zavrc-da (Sloveniya) köməkçi məşqçi, 2015-2017-ci illərdə Koper (Sloveniya) - baş məşqçi kimi çalışıb. 2017-ci ildə Serbiya U-19 və U-20, həmçinin U-17 yığmalarına rəhbərlik edən çalışdırıcı 2 həmin il əsas millidə köməkçi məşqçi təyin olunub. O, bu vəzifə ilə 2018-ci FIFA Dünya çempionatına da qatılıb. 42 yaşlı çalışdırıcının son iş yeri ölkəsinin yığmasında köməkçi məşqçi vəzifəsi olub.
Obradoviç futbolçu karyerasında Yuqoslaviyanın U-21 millisində 12, əsas yığmasında 8 oyun keçirib. Oyunçu 1998-2001-ci illərdə Obilich (Belqrad, Serbiya), 2001-2003-cü illərdə Lokomotiv (Moskva, Rusiya), 2003-2004-cü illərdə Borussia (Mönhenqladbax, Almaniya), 2004-2005-ci illərdə Akratitos (Afina, Yunanıstan), 2006-2013-cü illərdə Metallist (Xarkov, Ukrayna), 2013-2014-cü illərdə Partizan (Belqrad, Serbiya), 2014-cü ildə OFK-nın (Belgrad, Serbiya) şərəfini qoruyub.
Lokomotiv-lə Rusiya çempionu və Superkubokun qalibi olan Obradoviç UEFA Çempionlar Liqasında 15, UEFA Avropa Liqasında 36 oyunda meydana çıxıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |