Ayxan Abbasov: "Bir xal bizim üçün uğurdu"

09.12.2018 | 3625 dəfə oxunub

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə “Neftçi” ilə 0-0 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb. Abbasov öncə matçla bağlı danışıb:

- Çempionatın son oyunu idi, xal qazanmaq istəyirdik. Futbolçularıımız əzmkarlıq göstərdilər. Futbolçularımdan razıyam, istədiyim kimi hazırlaşırlar. Bir xal qazanmaq bizim üçün uğurdur. Qışdan sonra çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. “Neftçi”ni analiz etmişdik, üstünlükləri var. İlk dəqiqələrdəki imkanlarımızdan istifadə edə bilərdik, lakin alınmadı.

- Son dəqiqələrdə meydançada neçə müdafiəçi var idi?

- Son dəqiqədə sistemi dəyişdik. İstədik ki, cinahdakı futbolçular da müdafiəyə kömək etsinlər. Meydanda 6 müdafiəçi ilə də oynayırdıq. Futbolçularımın əziyyətini boşa vermək istəmirdim. Raili meydana buraxdıq və komandamızı real qoldan xilas etdi. Buna görə də düzgün dəyişiklik etdiyimizi düşünürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail