"Qəbələ" "Səbail"ə qarşı - 8-ci dəfə

09.12.2018 | 5187 dəfə oxunub

"Qəbələ" Premyer Liqanın 14-cü turunda səfərdə “Səbail”lə üz-üzə gələcək. Stadium.Az xəbər verir ki, bu matç rəqiblər arasında 8-ci duel olacaq.

İndiyə qədər keçirilən 7 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 5 qələbə qazanan “qırmızı-qaralar” 1 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Əyalət təmsilçisi 16, rəqib 7 dəfə fərqlənib. 

“Qəbələ” əvvəlki 7 dueldə meydanı qolsuz tərk etməyib. “Səbail”in qapısından Baqali Dabo 6, Famussa Kone 3 top keçirib. 

Premyer Liqada keçirilən 5 matçda 3 qələbə qazanan “qırmızı-qaralar” 1 heç-heçə edib və 1 dəfə uduzub. “Qəbələ” top fərqində də üstündür – 11:5. 

Paytaxt təmsilçisinin meydanındakı bütün oyunlarda hər iki komanda qol sevinci yaşayıb. 2 dəfə qalib gəlib, 1 dəfə uduzan “Qəbələ” top fərqində öndədir – 5:3.

Sabah "Bayıl Arena"da keçiriləcək oyun saat 17:30-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail