"Eşitdiyim ən qəribə sualdı" - Farer adalarının kapitanı

16.11.2018 | 3472 dəfə oxunub

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda sabah keçiriləcək Azərbaycan – Farer adaları oyunundan öncə keçirilən mətbuat konfransında qonaq komandanın kapitanı Atli Qreqersen jurnalistlərin suallarını cavablandırıb.

36 yaşlı müdafiəçi əvvəlcə görüş barədə fikirlərini bildirib: - Azərbaycanla bir ay əvvəl evdə qarşılaşdıq və 0:3 uduzduq. Həmin matçda kobud səhvlərə yol verdik və Azərbaycan bizi cəzalandırdı.

- İlk oyundan bu günə nə dəyişib? Nə baş verə bilər ki, həmin səhvləri etməyəsiz?

- Artıq dünyanı gəzmişik, çoxlu məşq etmişik. İnanırıq ki, həmin səvləri etməyəcəyik. İlk oyuna baxmışdızsa, bərabər mübarizə gedirdi. Sadəcə rəqib səhvlərimizi bağışlamadı. Sabah Azərbaycanın topla daha çox oynayacağını gözləyirik. İnanıram ki, son nəticə istədiyimiz kimi olacaq.

- Sabahkı oyundakı qələbə şanslarınızı artıra bilər. Buna inanırsız?

- Allaha və qələbəyə inanıram. İdmançılarıq və qələbə qazanmaq üçün meydana çıxacağıq. Belə gözəl ölkədən qalib kimi qayıdacağımıza inanıram.

- Revanş hissi ilə oynayacaqsız?

- Revanş çox böyük ifadədi. Sadəcə daha yaxşı nəticə qazanmaq istəyirik. Azərbaycan xalqını çox bəyənirəm.

- Hansı komandanı qrup birinciliyinə daha şanslı sayırsız?

- Farer adalarını.

- Bir az halsız görünürsüz və çox qalın geyinmisiz. Bakı belə soyuqdu, yoxsa xəstələnmisiz?

- Tam sağlamam, bu, eşitdiyim ən qəribə sualdı. Bizdə də daha soyuqdu. Hər şey qaydasındadı. Sabah da bunu görəcəyik. Özümə gəldikdə isə bəlkə də dünyanın ən yaraşıqlı oğlanlarından biriyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail