Robert Prosineçki yeni iş yerini açıqlayıb

24.11.2017 | 6198 dəfə oxunub

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki özünə yeni iş yeri tapıb. Stadium.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu barədə özü Anadolu Agentliyinə açıqlama verib.

O, bildirib ki, artıq Azərbaycandakı işi sona çatıb və sabah ölkəmizi tərk edəcək. Vətəninə yollanacaq Prosineçki bundan sonra Bosniya və Hersoqovina millisi ilə danışıqlara başlayacaq.

DÇ-2018-ə yollanmaq hədəfinə çata bilməyən bosniyalılar Mehmed Bazdareviçi istefaya yollayıblar. Boş qalan posta isə xorvatiyalı namizəd göstərilib.

“Bosniya Federasiyasının rəsmiləri ilə görüşməkdən məmnun olacam. Gələn həftə Saraybosna görüşüb təklifi müzakirə edəcəyik. Anlaşmamız üçün heç bir əngəl qalmayıb” – deyə o, bildirib.

Milli komandamızla müqavilə müddəti başa çatdıqdan sonra onunla əməkdaşlıq davam etdirilməmiş, əvəzində Qurban Qurbanov yığmaya baş məşqçi təyin olunmuşdu. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail