"Qəbələ"nin 600-cü qolu öz yetirməsindən gəlib

21.08.2017 | 4667 dəfə oxunub

"Qəbələ” tarixində 600-cü qolu vurub. Stadium.Az xəbər verir ki, bu tarixi qol Azərbaycan Premyer Liqasının II turunun “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib. 40-cı dəqiqədə hesabı açan Tellur Mütəllimov klubun 12 illik tarixinə yubiley qolunun müəllifi kimi düşüb.

Bu matçadək rəsmi oyunlarda 599 dəfə fərqlənən “qırmızı-qaralar” yubiley qoluna 455-ci matçında imza atıb. İlk rəsmi oyununu 2005-ci il sentyabrın 21-də, I dəstədə oynadığı vaxt keçirən komandamız Premyer Liqada 409, I dəstədə 72, Azərbaycan kubokunda da 84, avrokuboklarda 35 dəfə fərqlənib. Penaltilər seriyaları, həmçinin nəticəsi ləğv olunan qarşılaşmalar nəzərə alınmamaqla vurulan bu topların 341-i evdə, 258-i səfərdə, 1-i neytral meydanda qeydə alınıb.

1-ci qol – İlqar İbrahimov (öz qapısına)

21.09.2005. “Göy-Göl” – “Şərur” – 8:0 (I dəstə)

100-cü qol – Vitali Balamestnı

07.04.2007. Gilan” – “Simurq” – 3:1 (Premyer Liqa)

200-cü qol – Tomaş Stolpa

20.11.2009. “Standard” – “Qəbələ” – 1:2 (Premyer Liqa)

 

300-cü qol – Viktor Mendi

29.04.2012. “Qəbələ” – “Bakı” – 4:0 (Premyer Liqa)

 

400-cü qol – Dodo

13.09.2014. “Simurq” – “Qəbələ” – 1:2 (Premyer Liqa)

 

500-cü qol – Sergey Zenyov

19.03.2016. “Qəbələ” – “Qarabağ” – 1:2 (Premyer Liqa)

 

600-cü qol – Tellur Mütəllilmov

20.08.2017. “Qəbələ” – “Sumqayıt” – 1:0 (Premyer Liqa)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail