Samir Abbasov: "İstədiyimizi verə bilmədi"

23.04.2017 | 3600 dəfə oxunub

Premyer Liqasının 27-ci turun “Qarabağ” – “Sumqayıt” (2:1) oyunundan sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
 
- İstəyirdik, 1 xal qazanaq. Qələbə şansımız yox idi. Əfsuslar olsun ki, bacarmadıq. “Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Layiq idilər. Təqvim elə gətirdi ki, son iki tura güclü rəqiblərlə düşdük. Bu baxımdan bəxtimiz gətirmədi. Amma builki nəticəmiz o qədər də pis olmadı. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Komanda gəncdir və hələ təcrübə qazanır. Belə oyunların bizə çox xeyri olacaq.
 
- Məhəmməd Qurbanovu erkən əvəzlədiniz. Bunun səbəbi nə idi?

- Oyunundan narazı idim. İstədiyimizi verə bilmədi. Çoxlu top itirirdi və müdafiəyə kömək edə bilmirdi.
 
- Özünüzün xal qazanacağınıza daha çox inanırdınız, yoxsa “Kəpəz”in AZAL-la oyunda xal itirməsinə?

- "Kəpəz"in büdrəyəcəyinə inanmırdım. Təqvim üzümüzə gülmədi, ancaq onların bu baxımdan bəxti gətirdi. Oyun qrafiki daha yaxşı nəticəyə imkan vermədi. Təcrübəsizlik də öz sözünü dedi. Bu oyunların gələcək üçün əhəmiyyəti çoxdur. İtirdiyimiz xalların acısını çəkirik. Çempionata başlayanda hamı bizi autsayder sayırdı. Amma biz bunun əksini sübut etdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail