Abdulbari Gözəl: "Məqsədimiz Çempionlar Liqasıdır"

23.04.2017 | 4754 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Qarabağ” – “Sumqayıt” oyunundan sonra Ağdam klubunun sahibi Abdulbari Gözəl jurnalistlərin suallarını cavablandırıb.

- Bu gün azarkeşlər çempionluq kubokunun Ağdama aparılması ilə bağlı şüarlar səsləndirdilər. Buna münasibətiniz?

- Mən bunu bir neçə dəfə müzakirə etmişəm. Biz “Qarabağ” üçün çalışırıq. Kubok burdan-ora, ordan-bura gəzə bilməz. Biz o zaman enerjimizi itirəcəyik. “Qarabağ” elə Ağdamdır, bunun fərqi yoxdur. Klub bütün qarabağlılarındır. Bu klub bütün qarabağlıları təmsil edir. Bizə bu gün Qarabağın adını dünyada yaşatmaq lazımdır.

- Komanda ardıcıl 4 ildir ki, çempion olur, amma Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmir. Necə düşünürsünüz, bu il bu istək reallaşa bilərmi?

- Biz hər dəfə Çempionlar Liqasının qapısını döyürük. Məqsədimiz də budur, bunun üçün çalışırıq. İndi bizim əsas hədəfimiz Avropada naliyyətlər qazanmaqdır. Bu da bir anda olmur, zaman lazımdır. Bilirsiniz ki, əvvəl vəziyyətimiz necə idi və indi hardan-hara gəldik.

- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi üçün heyəti gücləndirməsi, transferlər etməsi lazımdır. Bu məsələdə komandaya dəstəyiniz tam olacaqmı?

- Bizdə Samuel Armenteros oynayırdı. İndi o, Hollandiya liqasında bombardirlər siyahısındadır. Yəni, hər transfer olunan futbolçu da komandaya uyğunlaşa bilmir. Bu, asan məsələ deyil. Transfer məsələlərinə Qurban müəllim baxır.

- Bəzi futbolçularınız etiraf edir ki, bu çempionluq ötən ilki çempionluqlardan daha çətin qazanıldı. Siz də bu fikirlə razısınızmı?

- Əlbəttə. Azərbaycan klubları inkişaf edir. “Qəbələ” ən böyük rəqibimiz idi. Belə rəqabət olması da bizə faydalıdır. Yoxsa, komanda da tənbəlləşər, bir şey edə bilməz. 

- Mayın 5-də Naxçıvanda keçiriləcək Azərbaycan kubokunun finalından hansı nəticəni gözləyirsiniz?

- Gedəcəyik, oynayacağıq. Amma top yumurudu, indidən nədə demək olmaz indidən.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail