Tərlan Əhmədov: "Zirə” ilə matçda məhz onlara şans verəcəyik ki.."

23.04.2017 | 4684 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 27-ci turunda AZAL öz meydanında “Kəpəz”ə 1:2 hesabı ilə məğlub olub.

Stadium.Az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov bunları söyləyib:

“İlk hissədə maksimum 10 dəqiqə futbol oyandıq. Sonradan üstünlüyü verdik rəqibə. İkinci yarıda daha yaxşı təsir bağışladıq. Bəlkə də futbolçular sonuncu yerlə barışıblar. Amma hər bir oyun gələcəyə ümid verir. Birinci hissədə komandamda əzmkarlıq görmədik. Komandam artıq məğlubiyyəti qəbul edib. Son 4-5 oyunda komandamı motivasiya edə bilmirəm. Futbolçunun motivasiyası maddi durumdu”.

Əhmədov  Premyer Liqanın son turunda “Zirə” ilə görüşə əvəzedici heyətlə çıxacaqlarını bildirib: “Zirə” ilə oyunda əvəzedici heyətdən futbolçuların cəlb olunması mümkündür. Onsuz bu futbolçularla da uduzuruq. “Zirə” ilə matçda məhz onlara şans verəcəyik ki, Premyer Liqanın ab-havasını hiss etsinlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail