Qurban Qurbanov: " “Zirə” – “Qarabağ”yaxınlığına görə sübut olunası bir şey yoxdur"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 23-cü turunda “Zirə”yə qarşı oyunundan (0:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun alındı. Məncə, yalnız qol çatışmadı. “Zirə”yə uğurlar arzu edirəm, bizə qarşı layiqli mübarizə apardılar. Futbolçularımdan razı qaldım. Bundan sonra futbolçularımız millinin düşərgəsinə gedəcəklər, onlara uğurlar arzu edirəm.
- Fasilə ərəfəsində yoxlama oyunu keçirməyi düşünmürsünüz?
- Ən azı 1 oyun oynamağa çalışacağıq. Amma tam heyətlə olmayacağıq. Çalışacağıq ki, əvəzedici komandadan futbolçular götürüb, 1 yoxlama oyunu keçirək.
- “Qarabağ”ın futbolçuları Almaniya ilə oyunda milliyə nə qədər xeyir verə bilərlər?
- Məncə, Əfran yaxşı oynadı, amma son dəqiqələrdə yoruldu. Əfranın göstərdiyi oyundan çox razı qaldım. Ümumilikdə, futbolçularımın durumu pis deyil, özünüz gördünüz. Düşünürəm ki, futbolçularım milliyə xeyir verə biləcəklər.
- “Zirə” bu gün yaxşı mübarizə apardı. Bəlkə “Zirə” “Qarabağ”a yaxın olmadığını sübut etmək istəyirdi...
- “Zirə” – “Qarabağ”yaxınlığına görə sübut olunası bir şey yoxdur. Bizdən də yaxın komandalar olub və biz bunu heç vaxt qabartmamışıq. Düşünmürəm ki, “Qəbələ” xal itirdiyinə görə futbolçularımda arxayınlıq var idi. Oyunlarımızın sayı azalır. Bundan sonra da hər matçda qələbə qazanmağa çalışacağıq. Yenə deyirəm, hamının qarşısında başımız ucadır, heç kimdən utanmırıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |