Azər Həsənsoy: “Başqa döyüş növlərindən gələn idmançılar Muay Tay göstərə bilmirlər” - MÜSAHİBƏ

17.03.2017 | 13731 dəfə oxunub

Bir neçə gün öncə Sərhədçi İdman Kompleksində Muay Tay üzrə növbəti Azərbaycan çempionatı keçirildi. Olduqca yüksək səviyyədə təşkil edilən və keçirilən çempionat barədə federasiya prezidenti Azər Həsənsoyla danışdıq. Azər müəllimlə söhbətimiz həm bu çempionat, həm də Muay Tayla bağı gələcək planları barədə oldu.

- Budəfəki yarış sayca Muat Tay üzrə neçənci Azərbaycan çempionatı idi?

- Bu yarış sayca 9-cü Azərbaycan çempionatı idi. Biz bu idman növündə ilk çempionatı 2009-cu ildə keçirmişik və ondan sonra hər il də təşkil edirik.

- Çempionat haqda ümumi olaraq nələr deyə bilərsiz?

- Bu çempionatda 30-dan çox döyüş klubu və 200-dən yuxarı idmançı çıxış edirdi, 3 yaş qrupunda. Bizim ilk çempionatımızda 700-dən çox idmançı iştirak etmişdi. Daha sonrakı çempionatlar birincidən sadəcə iştirakçı sayına görə aşağı olub. Hər zaman çempionatımız yüksək səviyyədə təşkil edilib.

İstər təşkilatı, istərsə də idmançıların texnika göstərməsi baxımından bu çempionat əvvəlkiləri üstələdi. Bu da ondan irəli gəlir ki, Muay Tay Azərbaycanda hər sahədə inkişaf etməkdədir.

Görüntünün olası içeriği: 22 kişi, ayakta duran insanlar

- Döyüşçülərin döyüşündən razı qaldızmı? Həm federasiya prezidenti, həm də bir usta olaraq...

- Muay Tay çox çətin döyüş növüdür. Muay Tayçı yetişdirmək çox uzun zaman alan prosesdir. Buna görə də Muay Tay texnikası göstərənlərin üstünlük təşkil etdiyini demək olmaz. Amma onların arasında hər çəki dərəcəsində 1-2 idmançı oldu ki, onlar Muay Tay göstərdilər. Onlardan da, onların təmsil olunduqları klublardan da bu baxımdan razı qaldım.

- Təşkilati işlərdən söz düşmüşkən, hakimliyin idarəçiliyi sizi qane etdi?

- Yarışın təşkilati işlərini “Best of Bes” şirkəti öz üzərinə götürmüşdü. Ona görə bu çempionat təşkilati və görünüş baxımından əvvəlkilərdən müsbət mənada fərqləndi. Bu səbəbdən də şirkət rəhbərliyinə təşəkkürümü bildirirəm. Onlar bununla bağlı bizimlə protokol imzalayıblar. Biz də federasiya olaraq Muay Tay üzrə yarışların keçirilməsində təşkilati işlərin hüququnu onlara vermişik.

Bu yarışdan bir həftə əvvəl baş hakim bir neçə dəfə seminar təşkil edib və hakimlər təlimatlandırılıb. Əsas məqam o idi ki, hakimlərin çoxu bitərəf idi. Yarışlarda hər zaman narazılıq olur. Hətta dünya və avropa çempionatlarında, olimpiya oyunlarında belə. Amma tam səmimi deyirəm ki, bu dəfə hakimlərdən razı qaldım. Çünki onlar da mümkün qədər az səhv etmələri üçün çalışdılar. Bu da ondan irəli gəlir ki, hakimlərimizin çoxu bitərəf idi. Baxmayaraq ki, onlar Muay Tayda yeni və gənc idilər. Amma onlara keçirilən seminarlar öz sözünü dedi.

Görüntünün olası içeriği: 1 kişi

- Bu çempionatda gələcək vəd edən Muay Tayçılar gördüzmü?

- Bizim yeniyetmələr arasında yaxşı idmançılarımız var. Eləcə də gənclər arasında. Bizim hətta kişilər arasında elə döyüşçülərimiz var ki, onları lazım olduğu kimi hazırlaşdırsaq, nəinki həvəskar, ən peşəkar səviyyədə belə döyüşə bilərlər. O da, bundan sonra onların necə hazırlaşdırılmasından aslı olacaq. Təbii ki, bunun üçün də şərait lazımdı. Bizim imkanımız olsa bu idmançıları il ərzində bir neçə dəfə beynəlxalq yarışlara göndərərik ki, təcrübələri artsın. Ancaq biz onları yalnız dünya və avropa çempionatlarına göndərə bilirik. Bu da il ərzində 1 və 2 dəfə olur. İdmançı isə bu cür inkişaf edə bilmir. Buna görə də, beynəlxalq arenada bu idmançılardan yüksək nəticələr gözləmək olmaz.

Görüntünün olası içeriği: 2 kişi, spor yapan insanlar

- Başqa döyüş növlərindən çoxlu idmançı bu yarışda iştirak edirdi. Sizcə bu məqam Muay Taya xeyirdi, yoxsa zərəri var?

- Mən hər zaman demişəm ki, idmançı mütəxəssis olmaq üçün mütləq bir idman növündə irəliləməlidir. Başqa döyüş növlərindən gələn idmançılar bu yarışda Muay Tay göstərə bilmirlər. Çünki onlar Muat Tayın texniki təməlinə sahib deyillər. Fikir verdizsə, yeniyetmələr arasında necə təmiz və səliqəli Muay Tay stilində döyüşənlər vardı. Çünki onların təməli Muay Tay üzərində qurulub. Amma kişilər arasında bunu görmədik. Buna görə də, idmançılar bir döyüş növündə ixtisaslaşmalıdırlar.

- Muay Tayçı yetişdirə biləcək məşqçilərimiz də varmı?

- Əlbəttə, var. Biz onları milli komandaya da dəvət edirik. Hamısı gənc məşqçilərdir. Şəhriyar İsayevi bu il milli komandanın böyük məşqçisi təyin etmişəm. Məşqçilərin işinə onların idmançılarının göstərdiyi nəticələrə görə qiymət verirəm. Hansı məşqçilərin idmançıları dünya və avropa çempionatında nəticə göstərirsə, onları milli komandaya dəvət edirəm. Bunlardan öndə gedəni Şəhriyar İsayevdir. Daha sonra Fəxri Əliyev də var. O da gənclər və yeniyetmələr arasında yaxşı idmançılar hazırlayır.

- Muay Tayla bağlı qarşıda hansı planlar var?

- Bir neçə gün öncə Tailandın Bankok şəhərində Muay Tayın WMF  versiyası üzrə dünya çempionatı keçirildi. Biz bu yarışda iştirak etdik. Çox sevindirici haldır ki, çempionatda yeganə iştirakçımız - 63.5 kq çəki dərəcəsində mübarizə aparan Cabbar Mustafayev keçirdiyi 4 görüşdə qələbə qazanaraq dünya çempionu oldu.

May ayının 2-15 aralığında isə Belarusda İFMA versiyası üzrə dünya çempionatı keçiriləcək. İFMA Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmi olaraq tanınıb. Bunun üçün də Muay Tayın bu versiyasına xüsusi diqqət yetiririk. Bu yarışda yer tutan idmançılar isə dünya oyunlarına vəsiqə qazanacaq. Maddi imkanlarımız uyğun olsa, o çempionatda da iştirak edəcəyik. 

- 2024 olimpiyadasına Muay Tayın daxil ediləcəyi deyilir...

- Belə bir məlumat var, ancaq hələlik dəqiq deyil. Həm Muay Tay dünya federasiyası, həm də Tailand dövləti bu işə çalışır. Mən bildiyim qədəriylə, Beynəlxalq Olimpiya Komitəsinin rəhrərliyində də Muay Taya böyük maraq var. Amma Olimpiya oyunlarına daxil edilməsi üçün müəyyən qaydalara əməl etmək lazımdır. 5 qitədə Muay Tayın nümayəndəliyi, dopinq komitəsi olmalıdır. Artıq buna da start verilib. Bundan sonrakı bütün yarışlarda idmançılar dopinq testdən keçəcək.

Muay Tay 2019-cu il Avropa Oyunlarına daxil edilib. Bildiyiniz kimi, bu yarış Belarusda keçiriləcək. Belarusiyada da bu idman növü çox populyardır. Hətta ilk sırada gedən idman növlərindən biridir.

- Bəs Muay Tay İslam Oyunlarına niyə daxil edilmədi?

- Bunun üçün də bəzi prosedurlara əməl etmək lazımdır. Amma dünya və Avropa Muay Tay federasiyaları buna soyuq yanaşdılar. Uşu isə İslam Oyunlarına daxil edilib. Bu da Azərbaycan, və Beynəlxalq Uşu Federasiyasının, eləcə də Milli Olimpiya Komitəsi və Gənclər İdman Nazirliyinin birgə əməyi sayəsində olub. Burda əsas məqam isə Uşunun yüksək səviyyədə təqdim olunması oldu. Bizim ölkə rəhbərliyi də Uşuda qazanlan yüksək nəticələrə görə buna razılıq verdi. Muay Tayda isə belə deyil. Ancaq ötən il Avropa yarışlarında yeniyetmə və gənclər arasıda 17 medal qazandıq. Amma kişilər arasında belə deyil. Ölkəmizdən kənarda yaşayan həmyerlilərimiz var ki, onları cəlb etməklə yaxşı nəticələr əldə etmək olardı.

- Muay Tayı ölkəmizdə daha çox tanıtmaq üçün nə etmək lazımdı?

- Muay Tay çox çətin idman növüdür. Burada zədə almaq ehtimalı daha çoxdu. Düzdü, peşəkarlar arasında bu göstərici azalır. Buna görə də sosial vəziyyəti yüksək olan ölkələrdə insanlar bu məqama görə, belə kontaktlı döyüş növlərinə çox da maraq göstərmirlər.

Bundan başqa, federasiyada təşkilati işlər çox yüksək səviyyədə olmalıdır.

- Qarşıda hansı Muay Tay yarışı var?

- Yəqin ki, İslam oyunlarından sonra beynəlxalq yarış keçirəcəyik. Fikrimiz var, yüksək səviyyəli bir yarış olsun. İslam Oyunlarına kimi isə Uşuya diqqət yetirəcəyik. Çünki hər iki federasiyada rəhbərlik eynidir.

- Son zamanlar Azərbaycan Kikboks Federasiyasının Prezidenti Adil Əliyevlə Muay Tay Federasiyasının yeni tərəfdaşı “Best of Best” şirkəti arasında narazılıqların olması barədə mətbuatda müəyyən xəbərlər yer alır...

- Bu yarış çox yüksək səviyyədə keçdi. Ancaq təəssüflər olsun ki, bəzi jurnalistlər bu çempionatı doğru işıqlandırmayıblar. Bəlkə də, onlara düzgün məlumat çatdırılmayıb. Bu çempionatın təşkilatçısı Azərbaycan Muay Tay Federasiyası, Gənclər və İdman Nazirliyidir. Sadəcə təşkilatı işdə bizə tərəfdaşımız “Best of Best” şirkəti kömək edirdi. Bu şirkətin rəhbəri isə Azərbaycanda K1 brendinin rəsmi nümayəndəsi Elnur Məmmədovdur. Nədənsə bəzi saytlar Muay Tayı K1 və Kikboqs yarışları ilə qarışdırıblar. Bunları ayırd etmək lazımdır. Muay Tay yarışının Kikboqsvə K1 nümayəndəliyinə heç bir aidiyyatı yoxdur. Bütün media nümayəndələrindən xahiş edərdim ki, belə səhvlərə yol verməsinlər. İstədikləri zaman federasiya ilə əlaqə saxlasınlar. Özləri yazırlar ki "Muay Tay çempionati ve s, amma başqa təşkilatların arasında olan münasibəti qabardırlar. Bizim çempionat haqda minlərlə insan oxuyur. Bu insanlara səhv məlumat çatdırırlar. Bəyan edirəm ki, Muay Tay haqqında  bir daha belə əsassız məlumatlar dərc edilərsə, hüquqlarımızı elə hüquq müstəvisində qoruyacağıq və məhkəməyə müraciət edəcəyik.

Görüntünün olası içeriği: 4 kişi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail