Qara Qarayev: "Subotiç həqiqətən məni vurmuşdu" - MÜSAHİBƏ

20.02.2017 | 3071 dəfə oxunub

“Qarabağ”ın futbolçusu Qara Qarayev səfərdə “Qəbələ”yə 2 cavabsız qolla məğlubiyyətindən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Məğlubiyyətin səbəbi nədir?

- Səbəb yoxdur. Məğlubiyyətin səbəbini baş məşqçimiz oyunu analiz etdikdən sonra deyəcək. Düşünmürəm ki, böyük bir səhvimiz oldu. Sadəcə, bu oyundu, məğlub da ola bilərik. Bu gün həqiqətən də “Qəbələ” yaxşı idi. Deməzdim ki, bizi bütün oyun boyu üstələdilər. Sadəcə, iki qol epizodunun hər ikisindən istifadə edə bildilər.

- Kintananın yoxluğu dəhşətli dərəcədə hiss olunurdu. Xüsusən də son ötürmələrdə...

- Kintana bizim əsas heyət üzvümüzdü. Onu itirmək həqiqətən bəzi problemlər yaradıb. Ancaq məğlubiyyətimizi onun üzərinə atmaq istəməzdim. Çünki komandamızda o işi görə biləcək futbolçular yetərincədir.

- Subotiçlə aranızda nəsə dialoq oldu. Deyəsən, sənə dedi ki, boyun balacadır...

- Bəli, elə dedi. Mən də dedim ki, boyum balacadısa, məni vurmalısan? Belə məsələlərin olması xoş hal deyil. Böyükdü, ya kiçikdi, fərqi yoxdu. Ancaq həqiqətən məni vurmuşdu.

- Hakim idarəçiliyi haqda nəsə fikrin var?

- Danışılacaq heç yoxdur. Artıq oyun geridə qalıb. Sonra danışdığımız məsələlərdən başqa suallar çıxır, bu da bizim ziyanımıza olur. Əsas məsələ bu oyunu yola vermək idi. Yola vermək deyəndə ki, bu oyun artıq bizim üçün bitdi, qarşıdakı matçlara köklənəcəyik.

- Azərbaycan çempionatında çox nadir hallarda belə atmosfer olur. Özünü necə hiss edirdin?

- Son dövrlərdə belə atmosfer görməmişdim. Mənim üçün çox təəccüblü oldu. Belə oyunların sayı nə qədər çox olsa, bizim üçün də o qədər yaxşıdır.

- “Qəbələ” sona qədər sizinlə mübarizə aparacaq. Bu rəqabət sizə Avrokuboklarda necə təsir edəcək?

- Sözsüz ki, bunun təsiri olacaq. Dediyim kimi, belə oyunların sayı çox olsa, bizim də gücümüz daha da artacaq. Yadıma gəlir əvvəllər biz çempion olanda 4-5 komanda arasında rəqabət gedirdi.

- “Qarabağ”ın bu mövsüm çempion olmaması sizin üçün faciə sayıla bilərmi?

- Düşünmürəm. Çünki biz hər il çempion olacağıq deyə bir şey yoxdur. Dünyanın ən yaxşı komandaları belə buna köklənmirlər. “Barselona” özü və ya digərləri. Amma çempion olmasaq, şəxsi uğur baxımından sıxıntı yaşaya bilərik.

- Çempionluq yolunda heç belə çətinliklə üzləşmişdinizmi?

- İlk çempion olan il çətinliklə üzləşmişdik. Hamı bizə qarşı xüsusi motivasiya ilə oynayır. Bütün uğurlarımızı çətinliklə qazanırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail