“Bu komanda ilə nəsə etmək çox çətindir”

27.11.2016 | 5542 dəfə oxunub

“Hər iki komandaya 3 xal lazım idi. Meydanda əzmkar oyun gördük. Futbolda öz şansından istifadə edə etməlisən. Biz bu gün şanslarımızdan yararlanmadıq. Ona görə də uduzduq”.

Bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 13-cü turunda “Kəpəz”ə 0:2 hesabı ilə uduzduqları oyundan sonda deyib.

Daha sonra Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

- Mövsümü artıq “Neftçi” üçün bitmiş saymaq olar?

- Belə deməzdim. Qarşıda hələ 15 oyun var. Maksimum xallar yığsaq, nəyəsə ümid etmək olar Medallar üçün şansımız azalır.

- Oyundan başqa bu gün sizi komandanızda nə qane etmədi?

- Müdafiədə pis oynadıq. 29 qol buraxmışıq. Hər oyunda qapımızda minimum 2 qol görürük. Müdafiədə ciddi problemlərimiz var.

- Bəlkə komandanı bu vəziyyətdən çıxarmaq üçün psixoloqa müraciət edəsiniz?

- Yaxşı fikirdi. Amma dövrənin sonuna az qalıb. Komandamızda psixoloji amil böyük rol oynamır. Əsas məsələ ustalıqdı.

- Amma ustalığı olanlar da seçilmirlər...

- Gözləmək lazımdır. Uduzmaq mənim də xoşuma gəlmir. Bu komanda ilə nəsə etmək çox çətindir. Heyətimizi gücləndirməliyik (futbolxeber.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail