“Pillə-pillə, bir ayaqla irəliləyirik” – Tərlan Əhmədov

27.11.2016 | 6136 dəfə oxunub

“Komanda mübarizə apardı. Amma futbolun yazılmamış qaydaları var. Sən hücum etməsən, rəqibin qol vuracaq”.

Stadium.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 13-cü turunda “Sumqayıt”la oyunda (1:1) sonra deyib. O bildirib ki, bir xal qazanmalarından narazı deyil: “Bir xal da xaldır. Pillə-pillə, bir ayaqla irəliləyirik. Qış fasiləsində yeni oyunçular gəldikdən sonra daha yaxşı olacağına inanıram”.

T.Əhmədov deyib ki, İlqar Ələkbərovun oynamaması AZAL-ın işini çətinləşdirib.

O, AZAL-ın ikinci hissədə müdafiəyə çəkilməsinə də toxunub: “Özümə də qaranlıq qaldı ki, oyunçular niyə geriyə çəkildilər. Həmişə hücum futbolu oynatmışam. Həmişə onlara deyirəm ki, hücum edin. Yəqin bacardığımız budur”.
 
T.Əhmədov bir azarkeşlə aralarındakı insidentə də toxunub. Bildirib ki, əslində ciddi heç nə baş verməyib: “Sadəcə, Rəşad Abdullayevin ünvanına etik olmayan ifadələr işlətdi. Meydança körpə uşaqlar var idi. Bu cür ifadələr etik deyil”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail