"Boavişta"nın baş məşqçisi: "Mən Kamranın əvəzinə top tuta bilmərəm"

24.09.2016 | 3788 dəfə oxunub

"Boavişta"nın baş məşqçisi Ervin Sançes komandanın azərbaycanlı qapıçısı Kamran Ağayevin "Portu" ilə Portuqaliya çempionatının VI tur matçında buraxdığı kobud səhvi şərh edib.

Stadium.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis istənilən səhvin qapılarına qol vurulması ilə nəticələnən mərhələdə olduqlarını bildirib.

O deyib ki, Ağayev şanssızcasına top buraxmasının üzüntüsünü yaşamaqla yanaşı, komandasının ən azı heç-heçəyə nail olmasına çalışıb: "Amma mən meydana çıxıb topu tuta bilmərəm. Öyrənməli və üzərində işləməli olduğumuz məsələlər var. Futbolçularımın dəyərli olduqlarına hələ də inanıram. Çünki biz uzun yolun başlanğıcındayıq".

"Portu"nun 3:1 hesabı ilə qalib gəldiyi matçda Kamran Ağayev "Boavişta"nın heyətində ilk matçına çıxıb. O, 3-cü qolu kobud səhvi nəticəsində buraxıb. "Portu"nun futbolçusu Aleks Tellesin cinah asmasından sonra Kamran Ağayev topu əlində saxlaya bilməyib. Nəticədə top qapı dirəyinə dəyərək, tora daxil olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail