"Göteborq"un baş məşqçisi: "Sabahı səbirsizliklə gözləyirik"

24.08.2016 | 4129 dəfə oxunub

"Bakıda olduğum üçün şadam. Səbirsizliklə sabahı gözləyirik". 

Stadium.az xəbər verir ki, bunu İsveçin "Göteborq" klubunun baş məşqçisi Yorgen Lennartson deyib.

İsveçli mütəxəssis Avropa Liqasının "pley-off" mərhələsinin "Qarabağ"la keçiriləcək cavab görüşü öncəsi təşkil olunan mətbuat konfransında bunları bildirib: 

"Düşünürəm ki, "Qarabağ" favoritdir. Yaxşı futbolçuları var. Ancaq bizim də şansımız var. Müdafiə olunmaqla yanaşı qol vurmağa da çalışacağıq. Bu "Qarabağ"ın açılmağına səbəb olacaq və üstünlük qazanacağıq. Minimal hesablı qələbə 0:0-dan daha yaxşıdır. İlk oyunda önəmli iş gördük və qapımızı toxunulmaz saxladıq. Biz bir qol vursaq, "Qarabağ" mərhələ adlamaq üçün 3 top vurmalıdır. Penalti seriyaları haqda danışmışıq, amma xüsusi hazırlığımız olmayıb. Pozitiv olmaq işimizin bir hissəsidir. Mən futbolçularıma enerji verməliyəm. Taktikalara qaldıqda, bunlar hər komandaya görə dəyişir. "Qarabağ" Çempionlar Liqasında oynamalı idi. Komanda "Viktoriya" ilə oyunda çox şansları qaçırdı. Başa düşürəm ki, onlarda ab-hava da fərqlidir".

51 yaşlı baş məşqçi oyunun keçiriləcəyi stadion haqda da danışıb: "Stadio dolu olsa yaxşıdır. Belə olan halda daha yaxşı futbol oynamaq olar. Ot örtüyünün vəziyyəti o qədər də yaxşı deyil, amma hər iki komanda eyni şərtlər altında mübarizə aparacaq. Bizim üstünlüyümüz evdə qələbə qazanmağımızdır. İsveçli Zlatan İbrahimoviç bu gün üçün bir nömrədir. Bizim şəhərdə "Göteborq", ancaq İsveçdə Zlatan daha çox tanınır".

Avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matın start fiti saat 20:30-da səslənəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail