"Mövsümün sonunda Premyer Liqanı 1 komanda tərk, diviziondan isə 3 komanda onları əvəz edəcək" - MÜSAHİBƏ

24.08.2016 | 3512 dəfə oxunub

Ötən gün AFFA-nın inzibati binasında 2016-17 mövsümü üzrə Azərbaycan çempionatının I divizionunun püşkatma mərasimi keçirilib. Stadium.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev püşkatmadan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Artıq neçə ildi ki, komandalarımız Premyer Liqaya gələ bilmirlər. Bunda da əsas günah klublardadı. Bu yaxınlarda qərar qəbul olunub. Mövsümün sonunda Premyer Liqanı 1 komanda tərk, diviziondan isə 3 komanda onları əvəz edəcək. Bizim heç kimlə ayrı-seçkiliyimiz yoxdu. İndidən sənədləşdirmə işlərini qaydasına qoysunlar. Şəxsən mən “Neftçala”nın çempionatdan uzaqlaşmasının əleyhinə oldum. Futbolçu futbol oynamalıdı. “Səbail”in birbaşa birinci divizona buraxılmasına görə tənqid olundum. Amma onlar olmasaydı, yarışda 13 komanda iştirak edəcəkdi. Bu, bir şansdı ki, komandalar Premyer Liqaya hazırlaşa bilsinlər. Heç kimə ayrı-seçkilik ola bilməz. Bəli, “Mil-Muğan” mənim nəzarətimdə olacaq. Amma mənim üçün fərqi yoxdu, hamıya kömək edirəm. Hətta mən olmasaydım, “Turan Tovuz” məhv olacaqdı. Futbolu bölgələrə daşımalıyıq. Çempionatda heç kimə güzəşt olmayacaq. Elə bir komanda yoxdu ki, gəlib bizdən yardım istəyib, rədd cavabı alıb. Danışılmış oyunlarla bağlı bizə sübut lazım deyil, şübhə bəsdi.

- “Şərurspor”un sahibi şəhərin bir neçə yerində bukmeker kontoru işlədir...

- Gəlin gedək baxaq, harda yerləşir? Bizdə şər atmaq asandı. Onlar kontor sahibidirlərsə, niyə pul xərcləyib, komanda saxlayırlar?

- Əvvəl demişdiniz ki, 300 min bank təminatı verməyən komandalar liqaya buraxılmayacaq...

- “Energetik”in sponsoru icra başçısıdı. Pul məndə seyfdədi, istəyirsiniz göstərim. “Turan Tovuz”u biz maliyyələşdiririk, ondan mən necə pul alım? Məsələn, “Şuşa” təminat verə bilmədi, buraxmadıq. “Bakı”nın təminatına şübhəmiz var idi, qəbul etmədik. Müdafiə nazirimiz MOİK-ə tapşırıq verib ki, oynayıb, Premyer Liqaya vəsiqə qazanın. Şübhəniz olan bütün klublardan pul almışam. “Səbail”in sponsorunu tanıyıram, ondan mən necə təminat alım? “Bakı”nın sponsoru yoxdu.

- Bu il yayım necə olacaq?

- Çalışacağıq ki, maraqlı oyunları yayımlayaq. Elə matçlar var ki, həmin görüşlərə maraq yoxdu. Hansı ki, həmin oyunlarda milliyə namizəd futbolçular var. Bu cür qarşılaşmaları göstərmək marağındayıq.

- Diviziona sponsor danışıqları olubmu?

- Çox ciddi bir şirkət sposnorluq etmək istəyirdi. Sadəcə, vergiyə görə imtina etdilər.

- Qeyd etdiniz ki, bəzi komandaları tanıyırıq və təminata ehtiyacımız yoxdu. Onda əsasnamə nəyə lazımdı?

- Bu əsasnamədə qeyd olunub. Diqqətlə oxusanız görərsiniz ki, belə hallar PFL-in ixtiyarındadı. Yarışı keçirən mənəm və səlahiyyətim çatır ki, kimlərdən təminat ala bilərəm, kimlərdən yox.

- Sizdə əvvəlcədən hansısa danışılmış oyunlarla bağlı məlumat olarsa, ekspert komissiyası bununla bağlı nə işlər görəcək?

- Elə bir komissya var. Şəxsən “Qaradağ Lökbatan” – “Şərurspor” oyununda nümayəndələrimiz var idi. Bizə də maraqlıdı ki, bu faktı sübut edib, onları çempionatdan uzaqlaşdıraq ki, digərlərinə də dərs olsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail